Accessibility links


Rusiya BMT-nin avqustun 21-də Suriyada kimyəvi sarin qazından istifadə edilən hücumla bağlı hesabatını tənqid edərək, sənədin “qərəzli, natamam, yanlış və birtərəfli” olduğunu bəyan edib.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov həmçinin Suriyanın keçən ay Dəməşq yaxınlığında insan ölümülə nəticələnmiş hücumun üsyançılar tərəfindən həyata keçirildiyinə dair yeni dəlil təqdim etdiyini bildirib.

O bu açıqlamaları Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun BMT-nin hesabatını sual altına alaraq, insidentin üsyançılar tətəfindən təhrik aktı olduğuna inanmaq üçün ciddi əsasların olduğunu deməsindən sonra verib.

Rusiyanın tənqidlərinə cavab olaraq BMT-nin sözçüsü Martin Nesirski hesabatdakı tapıntıların təkzibedilməz olduğunu deyib. O, hesabatın obyektiv olduğunu bildirib.
XS
SM
MD
LG