Accessibility links

Rusiya BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcək

  • Amerikanın səsi

Rusiya BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcək

Rusiya BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcək

Rusiya BMT-nin Suriyaya qarşı sanksiyalarına dəstək verməyəcəyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir ölçünün ədalətsizlik və əks-produktiv olacağını deyib. Nazir bildirib ki, Rusiya Suriya böhranının həlli üçün hər bir produktiv təklifə hazırdır.

Lavrovun dedikləri Fransa, Britaniya və Almaniyanın BMT-nin Təhlükəsizlik Şurası ilə prezident Bəşar Əl-Əsəd hakimiyyətinin keçidi ilə bağlı yeni qətnamə üzərində işlədiyi bir vaxta təsadüf edir.
Rusiya Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək, Suriyaya qarşı sanksiyalara mane olmuşdu.
Eyni zamanda ABŞ prezidenti Barak Obama Suriyada dəyişikliyin qaçılmaz olduğundan əminliyini dilə gətirib.

XS
SM
MD
LG