Accessibility links

Rusiya BMT Təhlükəsizlik Şurasının Bəşar Əl-Əssədə ünvanladığı qətnaməyə qoşula biləcəyini deyib (Yenilənib)

Rusiya prezidenti Dmitri Medvedev Suriya prezidenti BMT Təhlükəsizlik Şurasının Bəşar Əl-Əssədə ünvanladığı “ciddi mesajın” hökumətə qarşı olan nümayişçilərə də ünvanlandığı təqdirdə Moskvanın da bu qətmanəyə qoşula biləcəyini deyib. Euronews tele-kanalında çıxış edən Rusiya prezidenti Suriya hökumət qüvvələri ilə döyüşlərin qeyri-bərabər olduğu üçün tələfatın çox olba biləcəyini deyib. Bununla yanaşı cənab Medvedev prezident Əssədə qarşı etirazçılardan bəzilərinin terrorçu ola biləcəkləri barədə narahatlığını ifadə edərək, belələrinin ölkəni Avropa modelinə uyğun idarə edə bilməyəcəklərini deyib.

Bu arada Fransa xəbər agentliyi insan haqları müdafiəçilərinə istinadən bildirib ki, bu gün Suriyanın şimal-qərbindəki yoxlanış məntəqəsində hökumət qüvvələri bir yeniyetməyə atəş açaraq, qətlə yetirmişlər.

XS
SM
MD
LG