Accessibility links

Rusiya BMT Təhlükəsizlik Şurasının Liviyaya dair yeni qətnaməsini dəstəkləməyəcək


Rusiya BMT Təhlükəsizlik Şurasının Liviyaya dair yeni qətnaməsini dəstəkləməyəcək

Rusiya BMT Təhlükəsizlik Şurasının Liviyaya dair yeni qətnaməsini dəstəkləməyəcək

Moskva xarici müdaxilə daxil olmaqla vətəndaş müharibəsinə gətirib çıxaracaq heç bir qətnaməni artıq dəstəkləməyəcək

Misrata şəhərində yaraqlılarla döyüşləri davam etdirən Qəzzafiyə sadiq qoşunlar Berber şəhərində hərbi hücumları genişləndirib. Rusiya BMT Təhlükəsizlik Şurasının Liviyaya dair yeni qətnaməsini dəstəkləməyəcəyini bildirib. Rusiya deyib ki, yeni qətnamə münaqişəni daha da kəskinləşdirə bilər. Xarici İşlər Naziri Serğey Lavrova istinadən Iterfaxs xəbər agentliyi məlumat verib ki, Moskva xarici müdaxilə daxil olmaqla vətəndaş müharibəsinə gətirib çıxaracaq heç bir qətnaməni artıq dəstəkləməyəcyini bildirib. Ötən ay Rusiya Liviyada mülki vətəndaşlara yardım məqsədi ilə qüvvələrin ölkənin qeyri-uçuş zonasından istifadəsinə dair qətnaməyə səs verməmişdi. Dünən Liviya dövlət televiziyası NATO hərbi təyyarələrinin paytaxt Tripoli və Tripolidən 100 kilometr məsafədə yerləşən Bir əl-Qanamda mülki vətəndaşlara və hərbi mövqelərə qarşı hava hücumları həyata keçirdiyini bildirib.

XS
SM
MD
LG