Accessibility links

Rusiya Şimali Koreyanın raket sınaqlarını qınayan qətnamənin qarşısını alıb


Rusiya BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyanın raket sınaqlarını qınayan qətnaməsinin qarşısını alıb.

Qətnamədə Şimali Koreyanın ballistik raket sınaqlarının nüvə silahları əldə etmək mahiyyəti daşıdığı, region və onun ərtaflarında gərginliklərin artmasına səbəb olduğu deyilir.

Təhlükəsizlik Şurası Şimali Koreyadan şuranın qətnamələrinə zidd olan fəaliyyətlərini dərhal dayandırılmasını istəməlidir.

Şura üzvləri əhalisi ehtiyac içərisində olan Pxenyanın resurslarını raket və bombalara xərclədiyindən narahatdır.

Rusiyanın fevral ayında bunabənzər qətnaməni təsdiq etməsindən sonra indi bunun əleyhinə niyə çıxdığı bəlli deyil.

Diplomatlar Rusiyanın qətnamədən "dialoq yolu ilə" sözlərinin çıxarılmasına etiraz etdiyini bildirir.

ABŞ dövlət katibi Teks Tillerson gələn həftə Təhlükəsizlik Şurasında Şimali Koreya ilə bağlı müzakirələrə qatılacaq.

BMT-nin baş katibi Antonio Quterras şura üzvləri qarşısında çıxış edəcək.

ABŞ-ın BMT-dəki səfiri Nikki Hali Şimali Koreyaya xəbərdarlıq edərək, ABŞ-la döyüş yolunu seçməməyə çağırıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG