Accessibility links

Ruslar yenidən öz bostanlarında tərəvəz yetişdirməyə başlayıb [Video]


Rusiya valyutasının dəyər itirməsi və inflasiyanın artması miliyonlarla insanın yoxsulluq səviyyəsinə düşməsinə gətirib çıxarıb. Qiymətlərin artması rusların şəhər kənarı evlərinin həyətində tərəvəz yetişdirməyə sövq edib.

Sovet İttifaqı dövründə ərzaq qıtlığı nəticəsində Rusiyada daça adlanan şəhər ətrafı evlərin həyətində tərəvəz yetişdirmək normal qidalanma üçün mühüm idi.

Lakin Rusiya iqtisadiyyatının tənəzzülü nəticəsində moskvalılar yenidən nənələrin bostanına üz tutub.

İrina Bulojenko: “Nənəmizin daçası var. O orada kələm, çuğundur kimi çox tərəvəz əkib. Mən borş bişirirəm və indi istifadə etdiyim çuğundur və kələm bağdandır. Soğan da özümüzünküdür. Beləliklə, yayda yetişdirdiyimiz tərəvəzdən istifadə edərək qənaət edə bilirik. Buna görə də böhranın təsirini çox hiss etmirik.”

Tatyananın ailəsi kimi əziyyət çəkənlər üçün öz tərəvəzlərini yetişdirmək bəzən kifayət etmir.

Rusiyalı könüllülər restoranlarda artıq qalan yeməkləri ehtiyacı olanlara paylamaq üçün layihə yaradıblar.

Tatyana Qolubyeva: “Mənim ailəm üçün bu lahiyə əhəmiyyətlidir. Biz yeməyə indi əvvəlkindən daha az pul xərcləyirik. Bu layihə haqda heç bir şey bilmədiyimiz zaman vəziyyət fərqli idi. İndi isə ümid edirik ki, biz sadəcə çörək deyil, başqa yeməklər də ala biləcəyik.”

Tatyananın ailəsi üçün ərzaq ianəsi bazarlıq xərclərinin yarıya endirilməsi deməkdir.

Svetlana Kalmıkova: “Fikrimcə, bu lahiyənin gələcəyi və perspektivi var. Ən əsas isə ctimaiyyəti məlumatlandırmaqdır. Mən bu proqrama çox insan qoşulacağını fikirləşirəm.”

Ruslar isə iqtisadiyyatın tezliklə bərpa olunacağına və baha ərzaq qiymətlərin böyük problemə çevrilməyəcəyinə ümid edir.

XS
SM
MD
LG