Accessibility links

Qara dəniz sahillərində Ukrayna və Rusiya heyəti olan yük gəmisi qəzaya uğrayıb


İstanbulun Qara dəniz sahillərində Ukrayna və Rusiya heyəti olan yük gəmisi qəzaya uğrayıb.3 nəfər həlak olub, 9 nəfər itkindir. Ölənlər və itkin düşənlərin ikisi axtarış dəstəsinin üzvüdür. Onların qayığı qayalığa dəyərək batıb.

Kömür daşıyan Volgo Balt 199 gəmisi Bosfor boğazının Sile sahilinə yaxın bölgədən SOS siqnalı vermiş, lakin rabitə az sonra kəsilmişdi. Gəmi heyətinin 4 üzvü xilas edilib.

Qəzaya pis hava şəraiti səbəb olub. Hazırda axtarış əməliyyatı davam etdirilir.

Bosfor boğazı qış vaxtı pis hava şəraiti səbəb ilə tez-tez bağlanır. Boğazdan hər il 10 min gəmi 150 milyon ton neft və neft məhsulları daşınır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG