Accessibility links

Britaniya qəzeti Rusiya gəmisini "paslı vedrə"yə bənzədib


Britaniya mətbuatı yazır ki, Rusiyanın Suriya regionuna gedən böyük gəmi karvanı hazırda Lamanş boğazından keçir.

Gəmilər ətrafa sıx tüstü buraxır, lakin qəzetlərin yazdığına görə bu, hərbi məxfilik taktikasından daha çox Rusiya donanmasının sınıq-salxaqlığını Avropanın gözlərindən gizlətmək məqsədi güdür.

‘Express’ yazır ki, Sovet erasından qalmış ‘Admiral Kuznetsov’ təyyarədaşıyanını yedək gəmiləri müşayiət edir.

Britaniya Kral Donanmasının keçmiş zabiti Peter Roberts ‘Ekspress’ qəzetinə deyib ki, dəniz kapitanı üçün öz gəmisinin yanında yedəkçiləri görməkdən dilxoredici səhnə ola bilməz.

‘Bunu o vaxt edirlər ki, gəmi mütləq sıradan çıxmağa hazırlaşır’ – deyib köhnə dənizçi.

Qəzet yazır ki, bu gəmi buxar turbinlərinin rənglənməsi üçün tez-tez porta qayıtmalı olub.

Ekspertlərin fikrincə, belə soyuqda köhnə gəmilərin boru sistemlərinin şaxtadan partlaması nadir hadisə deyil.

Vaxtilə bu Rusiya gəmilərində olmuş Britaniya dənizçiləri deyirlər ki, onların hətta tualetlərinin bəziləri işləmir.

Ekspertlərin fikrincə, ‘Admiral Kuznetsov’ gəmisi o qədər köhnədir ki, 2011-ci ildə Aralıq dənizindəki ABŞ gəmiləri lazım gəlsə onu xilas etmək üçün çox yaxınlıqda lövbər atarmışlar.

Lakin köhnəliyinə baxmayaraq 55 tonluq ‘begemot’ təpədən-dırnağa silahlıdır və 14 min kilometr məsafə qət edir.

Britaniya sahillərindən keçən Rusiya armadasını Kral Dəniz Donanmasının döyüş gəmiləri qarabaqara izləyir və bir an da olsun gözdən qoymurlar.

Kral Hərbi Hava Qüvvələrinin Rivet Joint casus təyyarəsi, habelə C130 Hercules və Typhoon nəqliyyat və qırıcı təyyarələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG