Accessibility links

Üçtərəfli Brüssel görüşü davam edir


Rusiya, Avropa İttifaqı və Ukrayna arasında Rusiya qazının təminatı ilə bağlı danışıqlar bu gün davam etdirilir. Dünən bərpa edilən müzakirələr zamanı razılıq əldə edilməyib.

Ukraynanın energetika naziri Yuri Proqan, onun rusiyalı həmkarı Aleksandr Novak Brüsseldə Avropa İttifaqının vasitəçisi Qunter Ottinqerlə görüşür.

Avropa Komissiyasının prezidenti Hose Manuel Barroso razılığın əldə edilməsinə yaxınlaşıldığını derəyər, tərəfləri müzakirələri yekunlaşdırmağa çağırıb.

Rusiya neft nəqlinin bərpası üçün əvvəlcədən ödəniş edilməsini tələb edir.

Kiyev isə Avropa İttifaqı da daxil edilməklə, hər bir mümkün mənbədən vəsait toplayacağını deyir.

Avropa Komissiyası Ukraynanın 2.5 milyard dollarlıq kredit tələbini nəzərdən keçirir.

Təbii qaz qıtlığına dair təhlükə ilə Avropa ölkələri də üzləşə bilər. Belə ki, Ukrayna Qərbə göndərəcəyi qazdan özü üçün istifadə edə bilər.

Rusiyanın dövlət inhisarında olan Gazprom şirkəti Ukraynaya qaz təchizatını iyun ayında dayandırıb. Buna Ukraynanın Rusiyanın iddia etdiyi 4.5 milyard dollarlıq borcu olub.

Son 10 ildə Rusiya artıq 3-cü dəfədir Ukraynanın qaz təminatını dayandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG