Accessibility links

Demokratlar FBI-dan bunun təcili araşdırılmasını xahiş edir.

ABŞ Konqresindəki demokratlar Federal Təhqiqat Bürosunu noyabrda keçiriləcək seçkiləri Rusiyanın kiberhücumlarla manipulyasiya edə biləcəyinə dair narahatlıqları araşdırmağa çağırdığı bir vaxt hökumət rəsmilər nəticələrin dəqiqliyini təmin etmək üçün yeni sınaqlarla mübarizəyə davam edir.

FBI direktoru Ceyms Komiyə göndərilən məktubda Senat demokratlarının lideri Herri Rid deyib ki, Rusiyanın seçkiyə müdaxilə təhdidləri məlum olandan daha genişdir.

Bizim azad və ədalətli seçki sistemimizi aktiv şəkildə şübhə altına almağa çalışılması potensialı Soyuq Müharibədən bəri bizim demokratiyaya ən böyük hədələrdən biridir.

“Hökumətin bizim azad və ədalətli seçki sistemimizi aktiv şəkildə şübhə altına almağa çalışması potensialı Soyuq Müharibədən bəri bizim demokratiyaya ən böyük hədələrdən biri ola bilər” – deyə Rid bildirib.

Ridin məktubundan əvvəl isə demokratlar FBI-dan başqa bir məsələni araşdırmağı xahiş etmişdi. Onlar Demokrat Milli Komitəsinə və Demokrat Konqres Kampaniyası Komitəsinə qarşı son kiber hücumlar fonunda prezidentliyə Respublikaçı namizəd Donald Trampın kampaniya rəsmilərinin Rusiya ilə birgə fəaliyyətinin olub-olmamasını bilmək istəyir.

Məktub Nyu-York konqresmeni Eliot Engel, Miçiqan konqresmeni Con Konyers, Merilend konqresmeni Elicah Kumminqs və Missisipi konqresmeni Benni Tomson tərəfindən imzalanıb.

Rusiyanın əli varmı?

Həftənin əvvəlində yayılan xəbərlərdə deyilirdi ki, ABŞ rəsmiləri avqust ayında Birləşmiş Ştatların iki ştatında seçki məlumat bazasına Rusiya hakerlərinin daxil olmasından şübhələnir.

FBI ştatları müəyyən etməsə də, bu barədə ilk məlumat verən Yahoo News mənbəyə istinadən bildirib ki, Arizona və İllinoy ştatları hədəf olub. İllinoy seçki komissiyasi rəsmiləri Yahoo News-a təxminən 200 min seçicinin şəxsi məlumatları oğurlanandan sonra 10 gün seçici qeydiyyat sisteminin dayandırıldığını bildirib. Arizona hücumunda isə seçici qeydiyyatı sisteminə təhlükəli softveyrin yerləşdirildiyi qeyd olunur.

ABŞ rəsmiləri bildirib ki, Demokrat Milli Komitəsi və partiya daxilindəki digər qurumlara qarşı kiber hücumlar Rusiya hökumətinin daxilindəki insanlar tərəfindən həyata keçirilib. Rusiya bu iddiaları rədd edib.

Fikrimcə bu seçkilər electron seçki sisteminə dair gələcək problemlərin başlanğıcı ola bilər.

Elektron seçki sistemi həssaslığı

Federal rəsmilərin narahatlıqları artmaqdadır. Əgər təsdiq olunsa, bu, xarici hakerlərin – xüsusilə Rusiyaya işləyən hakerlərin ABŞ seçki kompyuter sisteminə ilk müdaxiləsi ola bilər.

“Fikrimcə bu seçkilər electron seçki sisteminə dair gələcək problemlərin başlanğıcı ola bilər” – deyə Notr Dam Universitetindən Timoti Karon Amerikanın Səsinə bildirib.

Kibertəhlükəsizlik şirkəti olan Tripwire-dən informasiya texnologiyaları təhlükəsizliyi üzrə baş direktor Tim Erlin deyir ki, o, noyabr seçkilərində kiberhücumların olacağından əmindir: “Artıq seçki ilə bağlı bir çox kibertəhlükəsizlik insidentləri yaşanıb. Ona görə də, oxşar hücumların seçkilərdə də olacağı 100 faizdir”.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Ceyms Endryu Levis isə deyir ki, siyasi məqsədi kiber müdaxilələr yeni və təhlükəli tendensiyadır.

XS
SM
MD
LG