Accessibility links

Məhkəməsi gələn aya təyin edilən Rusiya vətəndaşının casusluqla bağlı ittiham sənədləri Birləşmiş Ştatlar məhkəməsində bu gün qeydiyyatdan keçəcək.

Nyu-Yorkdakı Rusiya bankının işçisi Yevgeniy Buryakov Moskvanın Xarici Kəşfiyyat Agentliyi üçün məlumat toplamaqda ittiham edilir.

Buryakovun günahkar olub-olmadığı qərarı bu gün sənədlər qeydiyyatdan keçəndən sonra aydın olacaq. O, Manhettandakı federal məhkəmə qarşısına aprelin 4-də çıxarılacaq.

Birləşmiş Ştatlar Ədliyyə Nazirliyi Buryakovun bir enerji şirkətinin təhlilçisi hesab etdiyi, lakin Federal Təhqiqatlar Bürosunun agenti olan şəxslə bir neçə dəfə gizli görüşməsindən sonra 2015-ci ilin yanvar ayında həbs edildiyini bəyan etmişdi.

Yevgeniy Buryakov qeydiyyata alınmayan məxfi məlumatları Rusiya hökumətinə ötürməkdə ittiham edilir. Prokurorlar onun digər iki rusiyalı şəxslə birlikdə Birləşmiş Ştatların Moskvaya qarşı sanksiyaları barədə məlumatlar da daxil edilməklə, iqtisadi kəşfiyyat məlumatlarını Rusiyaya ötürdüyünü deyir. O, eləcə də, kəşfiyyat əlaqələri qurmaq üçün Nyu-York sakinlərini cəlb etmək cəhdində ittiham edilir.

XS
SM
MD
LG