Accessibility links

Rusiya Türkiyəyə çarter reysləri ilə bağlı qadağanı aradan qaldırıb.

Baş nazir Dmitri Medvedev avqustun 28-də müvafiq sərəncam imzalayıb.

Sərəncamda bildirirlir ki, çarter reyslər bərpa olunsa da, hava şirkətləri Türkiyəyə uçuşla bağlı sərnişinlərin təhlükəsizliyi üçün əlavə tədbirlər də görməlidirlər.

İki ölkə arasında çarter reysləri 2015-ci ilin dekabrında dayandırılıb.

Buna səbəb Türkiyənin ötən ilin noyabrında Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurulması olub.

Bu olay iki ölkə arasında münasibətləri gərginləşdirmiş və Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq etmişdi.

Türkiyə prezidenti Receb Tayyib Erdoğan bu yaxınlarda insidentə görə üzr istədikdən sonra iki ölkə arasındakı münasibətlər tədricən yaxşılaşır.

XS
SM
MD
LG