Accessibility links

Kosmik gəminin stansiyaya qoşulma prosesi və digər sınaqlar daimi fəza stansiyasının işə düşməsi üçün atılan mühüm addımdır

Çin ən uzun kosmik missiyasını həyata keçirərək, özünün fəza stansiyasının qurulmasına yönəlmiş məqsədinə çatmaq üçün yeni mərhələyə qədəm qoyub.

Çin prezidenti Tsi Tzinpin və başqa hökümət rəsmiləri “Şenju-10” kosmik gəmisinin Qobi səhrasından səmaya göndərilməsini izləyiblər.

Bir qadın daxil olmaqla üç astronavtdan ibarət ekipajı olan kosmik missiyanın 15 gün davam edəcəyi gözlənilir. Kosmik gəmi tam fəaliyyətli fəza stansiyasının prototipi olan Tianqonq-1 eksperimental laboratoriyaya birləşəcək.

Gəminin stansiyaya qoşulma prosesi və digər sınaqlar daimi fəza stansiyasının işə düşməsi istiqamətində atılan mühüm addımdır.

Çin stansiyanın 2020-ci ildə hazır olacağına ümid edir.

Çin fəza proqramlarının qisa müddətdə inkişaf etdilrilməsinə baxmayaraq, hələ də Birləşmiş Ştatlar və Rusiyanın fəza texnologiyasından geri qalır.

Çin ilk dəfə öz kosmonavtını kosmik fəzaya 2003-cü ildə göndərib. Beş il sonra çinli kosmonavt ilk dəfə olaraq açıq kosmosa çıxıb.

Çin indiyədək fəzaya iki qadın daxil olmaqla, 11 kosmonavt göndərərək beş missiya həyata keçirib.
XS
SM
MD
LG