Accessibility links

Dağıstan regionunda müsəlman ruhani öldürülüb


Hücumçunun kimliyi müəyyən edilməyib

Rusiya polisinin verdiyi məlumata görə, Dağıstan respublikasında Dərbənd şəhərində imam Kalimulla İbrahimov naməlum şəxslər tərəfindən güllə ilə vurulub öldürülüb. Hücum zamanı ruhaninin atası və qardaşı da öldürülüb.

İbrahimov islamın ultra-mühafizəkar sələfi cərəyanını təmsil edirdi. Onun qətli Rusiyanın Şimali Qafqaz regionunda ruhanilərə qarşı hücumların sonuncusudur. Bu il ərzində müxtəlif hücumlarda üç ruhani qətlə yetirilib.

Rəsmi Moskva 20 ilə yaxındır Çeçenistanda separatçılarla müharibə apardırdan sonra əsas etibarilə müsəlmanların yaşadığı bu geniş regionda islam ekstremizminin yayılmasının qarşını almağa çalışır. Rusiya regiona bütünlüklə nəzarət etdiyini iddia edir, lakin islam dövləti yaratmaq istəyən islamçı yaraqlılar bölgədə bomba hücumları, qətllər, habelə hökumət binaları və silahlı qüvvələr qarşı müxtəlif hücumlar təşkil etməyə davam edir.
XS
SM
MD
LG