Accessibility links

Dumaya ermənilərin iddia etdiyi soyqırımın rədd edilməsinə görə məsuliyyətə dair qanun layihəsi təqdim edilib


Rusiya parlamentinin üzvü Sergey Mironov onun “Ədalətli Rusiya” partiyasının Dövlət Dumasına 1915-ci ildə Osmanlı imperatorluğu dövründə ermənilərin türk ordusu tərəfindən qətllərinin “soyqırım” kimi tanınmasını rədd edən şəxslərin məsuliyyətə cəlb olunmasına dair qanun layihəsini təqdim etdiyini bildirib.

“Biz Türkiyə tərəfindən 1915-ci ildə ermələrin soyqımı faktının tanınmasına görə məsuliyyətə dair qanun layihəsini təqdim etmişik”-deyə Sergey Mironov Tvitter sosial şəbəkəsində yazdığı mesajda bildirib. Bu, addım Türkiyənin onun hava hövzəsinə daxil olmasının ardınca Rusiyanın Su-25 bombardmançı təyyarəsinin vurmasından bir gün sonra atılıb.

Sergey Mironov

Sergey Mironov

Prezident Barak Obama deyib ki, Rusiyanın döyüş təyyarəsinin Suriya-Türkiyə sərhədində vurulması Rusiyanın Suriyada hərbi əməliyyatları ilə bağlı davam edən problemlərə dəlalət edir, lakin Türkiyə öz ərazisini və hava hövzəsini qorumaq hüququna malikdir.

Rəsmi Ankara bildirib ki, təyyarə Türkiyənin hava hövzəsini pozub və arasında beş dəqiqə fasilə olmaqla 10 dəfə verilmiş xəbərdarlığa əhəmiyyət verməyb.

Rusiya prezidenti Vladimir Putin Türkiyəni Rusiyanı arxadan vurmaqda və terrorizmi dəstəkləməkdə ittiham edib.

ABŞ hökuməti yarım milyon erməninin öldürülməsi və ölümə göndərilməsi faktını tanıyıb. Prezident Barak Obama 2015-ci ildə hadislərin 100 illiyi ilə əlaqədar erməni xalqı ilə həmrəylik bildirsə də, “soyqırım” ifadəsini işlətməyib.

XS
SM
MD
LG