Accessibility links

Rusiya idxal tariflərini 8 faizdən də aşağı salacağına razılıq verib

İyirmi ilə yaxın davam edən müzakirələrdən sonra nəhayət bu gün Rusiya Dünya Ticarət Təşkilatının 156-cı üzvü oldu.

Dünyanın son ən böyük iqtisadiyyatlarından biri olan Rusiya Cenevrədə yerləşən təşkilata üzv olmadan öncə qərb mal və xidmətlərinin ölkəyə potensial axınından narahatlığını bildirirdi.

Üzvlüyün şərtlərindən biri olaraq hazırda Rusiya 10 faiz olan idxal tariflərini 8 faizdən də aşağı salacağına razılıq verib. Rusiya həmçinin, bank və sığorta sənayeləri də daxil olmaqla, 11 xidmət sahəsində ticarətin mümkün edilməsinə dair öhdəlik götürüb.

Cümə günü Sakit okeanı adası Vanuatu təşkilatın 157-ci üzvü olacaq.

Dünya Ticarət Təşkilatının baş katibi Paskal Lami bildirib ki, “DTT-ya üzvlük təşkilata etimad edildiyinə işarədir.”
XS
SM
MD
LG