Accessibility links

Rusiya: Fəza stansiyasına dəstək bu onilliyin sonunda dayandırılacaq


Rusiya rəsmiləri bildirib ki, ABŞ-ın Moskvaya tətbiq etdiyi sanksiyalara cavab olaraq, Beynəlxalq Fəza Stansiyasına dəstək bu onilliyin sonunadək geri çəkiləcək.

Baş nazirin müavini Dmitri Roqozin bu haqda açıqlama verərək, Vaşinqtonu "hər şeyi siyasiləşdirən etibarsız tərəfdaş" adlandırıb.

ABŞ Beynəlxalq Fəza Stansiyasından istifadənin 2024-cü ilədək uzadılması haqda müraciət edib.

Birləşmiş Ştatlar kosmik şatl layihəsini dayandırdıqdan sonra Rusiyanın Soyuz fəza gəmisi 2011-ci ildən başlayaraq Amerika astronavtlarının fəzaya göndərilməsi və geri gətirilməsi kimi öhdəliyini üzərinə götürmüşdü.

Cənab Roqozin bildirib ki, Kremlin həmçinin ABŞ-ı Rusiya ərazisindəki GPS peyk naviqasiya sistemlərindən istifadəsini iyun ayından başlayaraq dayandıracaq. Bununla yanaşı, Moskva Birləşmiş Ştatların hərbi peyklərin göndərilməsi üçün Rusiya istehsalı raket mühərriklərindən istifadə etməsinə də qadağa qoyacaq.

Rusiya son sanksiyaları ABŞ-ın Rusiya silahlı qüvvələri üçün yüksək texnologiyaların ixracatına dair lisenziyaları rədd etməsindən sonra tətbiq edir.

Birləşmiş Ştatlar və onun Avropa müttəfiqləri mart ayında Moskvanın Krim yarmadasını ilhaq etməsindən sonra prezident Vladimir Putinə yaxın şirkət liderləri və yardımçıların hesablarını dondurub və onlar üçün viza məhdudiyyəti tətbiq edib.
XS
SM
MD
LG