Accessibility links

Rusiyada müxalifət fəallarının evlərinə reydlər keçirilib. Onlar prezident Vladimir Putinin devrilməsi məqsədi ilə Litvada keçirilən seminarlarda iştirak etməkdə günahlandırılır.

Rusiyanın Kəşfiyyat Komitəsinin sözçüsü Vladimir Markin bildirib ki, reydlər Taisiya Aleksandrova, Anna Kornilova və Yuri Nabutovskinin evlərində keçirilib, kompyuter faylları və digər sənədlər müsadirə edilib. O, fəalların Litvada çevriliş yollarını müzakirə etdiklərini bildirib. Hazırda fəallar dindirilmək üçün nəzarət altındadır.

Son hadisə Rusiyanın çevriliş cəhdində ittiham etdiyi Gürcüstan siyasətçisi Givi Tarqamadze ilə əlaqələndirilir.

Bu ittihamlarla nəzarət altına alınanlar arasında Solçular Cəbhəsi partiyasının rəhbəri Sergey Udaltson və onun yardımçısı Konstantin Lebedev də var. Onlar 10 müddətində azadlıqdan məhrum edilə bilər.
XS
SM
MD
LG