Accessibility links

Rusiya rəsmilərinin bildirdiyinə görə, psixiatriya xəstəxanasında baş verən yanğın 23 xəstənin ölümünə səbəb olub. Alfyorovka kəndinin birmərtəbəli taxta xəstəxana binasında daha 23 xəstə xəsarət alıb.

Fövqəladə hallar rəsmiləri yaşlı xəstələrin bəzilərinin çaşqınlıq keçirdiklərini və evakuasiya prosesinə riayət etmədiklərini bildirib.

2013-cü ildə Moskva yaxınlığındakı daha bir psixiatriya xəstəxanasında yanğın 38 xəstənin ölümü ilə nəticələnmişdi.

XS
SM
MD
LG