Accessibility links

Kreml xaricdən yardım alan QHT-lərin xarici agent kimi qeydiyyatdan keçməsinə çalışır


Vladimir Putin Rusiyada prezident postuna qayıtdıqdan iki ay sonra ölkədə siyası müxalifəti cilovlamaq üçün bir sıra tədbirlər həyata keçirib.

İyun ayının əvvəli o, hüquqi yolla təzyiq göstərərək, etiraz nümayişlərinin təşkilatçıları üçün tətbiq edilən cəriməni kəskin şəkildə artırib. İndi isə o, Rusiyada xaricdən maliyyələşən bütün qeyri-hökumət təşkilatlarının “xarici agent” kimi qeydiyyatdan keçməsini nəzərdə tutan qanun layihəsinin qəbul olunmasına çalışır.

Bu, Amnesty İnternational, Transparensi İnterneyşınal və Ümumdünya Təbiət Fondu kimi təşkilatların Rusiyadaki ofislərinə tətbiq oluna bilər.



​Lyudmila Alekseyeva Sovet İttifaqında insan haqları pozuntularına nəzarət etmək üçün 1976-cı ildə Moskva Helsenki Təşkilatının yaranmasına yardım etmişdi. İndi 84 yaşında olan Alekseyeva deyir ki, “xarici agent” damğasını daşımaqdansa, o, təşkilatın Putin tərəfindən bağlanmasına razıdır.

Lyudmila Alekseyeva: “Mən qətiyyətlə bəyan edirəm ki, biz xarici hökumətin agenti olmadığımız üçün Moskva Helsinki Təşkilatı heç vaxt xarici hökumətin agenti kimi qeydiyyatdan keçməyəcək.”

Olga Lenkova Rusiya dissidentlərinin yeni nəslinin nümayəndəsidir. O, Sankt Peterburqda cinsi azlıqların müdafiəsi ilə məşğul olan Vıxod təşkilatında çalışır. O deyir ki, hərtərəfli güc sahibi olan Kreml müxalif təşkilatlara pul verməmək üçün rusları qorxudur.

Olqa Lenkova: “Xarici fondlardan maliyyələşən çox sayda QHT-lər mövcuddur. Əgər onların hamısı xarici agent kimi qəbul olunsa, bu halda siz hökuməti heç bir halda tənqid edə bilməzsiniz. Höküməti tənqid etmək, dəyişməyə ehtiyacı olan sözləri demək bizim işimizdir.”

Hakim partiyadan Dumanın sədr müavini deyib ki, Sovet İttifaqının sonuncu lideri olmuş Mixail Qarboçov xarici agent kimi təqdim olunmalıdır. Mixail Qarboçov Fondu xaricdən ianə alır.

“Xarici agent” kimi qeydiyyatı nəzərdə tutan qanun layihəsinin müəlliflərindən biri olan Aleksandr Sidyakin qeyri-hökumət təşkilatlarının xaricdən maliyyələşməsini rəngli inqilabın növü kimi səciyyələndirir.

Moskva Karnegi fondunda təhlilçi Maşa Lipman deyir ki, mayın 7-də cənab Putin üçüncü dəfə prezident kimi and içdikdən bəri tərəddüd etmədən Rusiyada azadlıqlara qadağalar tətbiq edir.

Maşa Lipman: “Son zamanlar, xüsusilə son günlərdə açıq şəkildə təqiblər müşahidə olunur: axtarışlar, qəfil hücumlar, yeni qanunlar, adı etirazçıların həbs olunması, bunlar xüsusilə narahatlıq doğurur, çünki bu adamlar sadəcə moksvalı, ya da gənc insan, ya da adi iş adamıdır. Onlardan bir neçəsi artıq həbs olunub. Açıq şəkildə təqib tendensiyası müşahidə olunur.”

Rusların etirazları davam etmək istəməsi Moskvada növbəti etiraz aksiyası zamanı iyul ayının 26-ı bəlli olacaq.
XS
SM
MD
LG