Accessibility links

Kreml Qərblə informasiya müharibəsi aparır [Video]


Kreml Qərblə informasiya müharibəsi aparır
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Kreml Qərblə informasiya müharibəsi aparır

Rusiya rəsmilərinin ABŞ-ın siyasi və seçki təşkilatlarının rus hakerlərin hücumuna məruz qalmasına dair iddiaları rədd etməsinə baxmayaraq, Amerika təhdidlərin cavabsız qalmayacağını bildirir. Rusiyanın kibernetika təhlükəsizliyi üzrə ekspertləri dövlətin sposorluq etdiyi hakinqin Rusiyanın Qərblə informasiya müharibəsinə görə artdığını deyir.

Rusiyanın necə deyərlər Qərblə informasiya müharibəsi əsasən internetdə olmaqla, SET və ya Şəbəkə adlı Kremlyönümlü gənclər tərəfindən aparılır.

Makar Vixlyantsev: “Xarici auditoriya, Suriyada, Ukraynada baş verənlər, Putinlə bağlı məlumatları çatdırmaq işimizin vacib tərəfidir.”

Açıq və sərt videolar hazırlayan bu qrup fəaliyyətinin dövlət tərəfindən sponsorlaşdığını inkar edir. Lakin onların arxasında Putinin tərəfdarlarının durduğu aydın məsələdir.

Ludmilla Savçuk qərb liderləri əleyhinə statuslar yayan və Putinin təriflərinə görə maaş alan “troll fabriki”nin gizli işçilərindən olub.

“Bu, təkcə troll fabrikinin işi deyildi. Digər araşdırmaçı jurnalistlər də ölkəmizin bəzi bölgələrində bu kimi fəaliyyətlər aparıldığının şahidi olub.”

Kremlin kiber səyləri 2014-cü ildən Rusiyanın Krımı ilhaqı ilə Qərblə yaranan qarşıdurmadan sonra vüsət alıb. Bu, yazıçı Andrey Soldatovun fikridir.

“Burada iki şey nəzərə çarpır. Trollar və haker hücumlarının mükəmməl səviyyəsi. Qeyri-rəsmi aktyorlar vasitəsi ilə dövlət bu kimi hücumlar həyata keçirir.”

Kreml isə öz növbəsində nə trolları, nə də ABŞ-ın siyasi thşkilatlarına haker hücumlarını qəbul edir.

Russiyanın kibernetika təhlükəsizliyi üzrə ekspertləri deyir ki, zərərverici proqram attributları və ya dağıdıcı softveyrlər əldə etmək asan deyil. Lakin hədəf seçimi bir aktyorla müəyyən edilə bilməz.

Sergey Lojkin: “Bu kimi hücumların həyata keçirilməsi bir hakerin işi deyil. Hücumların mükəmməl səviyyədə olması hökumətin bu işdə əli olduğunun göstəricisidir. ”

Soldatov bildirir ki, ilkin məqsəd Rusiyaya qarşı kəskin mövqedən çıxış edən demokrat namizəd Hillari Klintona qarşı həssas materialların sızdırılması idi.

“İndi onlar mövqelərini dəyişib. Hazırda məqsəd Rusiyanın möhtəşəmliyini və super bir qüvvə kimi nümayişinə çalışılır. Elə bir super qüvvə ki, hətta dünyanın qüdrətli ölkələrinin seçkilərinə müdaxilə edə bilir.”

Kibernetika cinayətləri üsrə təhdiqatçıların fikrincə, texnologiyaların insandan insana deyil, dağıdıcı proqramlardan digər dağıdıcı proqramlara keçməsi ilə hər il dövlətlərin arxasında durduğu haker hücumları iki dəfə artır.

XS
SM
MD
LG