Accessibility links

Nikki Hali: Prezident Rusiyanın məsuliyyət daşıdığında mənimlə həmfikirdir


ABŞ-ın BMT-dəki səfiri Nikki Hali prezident Trampın onun Rusiyaya hücum etməsinə mane olmadığını deyib.

Tramp isə Amerikanın xəbər agentliklərini konqres və yerli müstəntiqlərin prezidentin yardımçılarının seçkilərdə qələbəsini təmin edən rusiyalı nümayəndələrlə əlaqəsinə dair xəbərlərini tənqid etməkdə davam edir.

"Prezident heç vaxt məni Rusiya əleyhinə danışmamağa çağırmayıb. Bu mənim öz seçimimdir"- deyə səfir ABC xəbər agentliyiniə bildirib.

Prezident heç vaxt məni Rusiya əleyhinə danışmamağa çağırmayıb

Halinin dediyinə görə, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi və Moskvanın Ukraynada ruspərəst separatistlərə dəstək verməsini yanlışlıqdır.

"Onlar yanlışlığa yol verdikdə, onları geri çəkilməyə çağırıram. Prezident mənimlə razılaşır. Prezident Rusiyanın məsuliyyət daşıdığında mənimlə həmfikirdir"- deyə səfir bildirib.

Trampın da Rusiyaya təzyiq göstərməli olduğuna dair sualın cavabında Hali deyib ki, əlbəttə. Lakin o, prezidentin işinin çoxluğunu önə çkərək, onu bu yoldan yayındırmağıdını bildirib.

Cümə günü Tramp administrasiyası Moskva ilə bağlı tənqidi fikirlər səsləndirib. ABŞ-ın iki yüksək səviyyəli rəsmisi Rusiyanın Ukraynaya qarşı münasibətini pisləyib və Birləşmiş Ştatların sanksiyaları davam etdirəcəyini vəd edib.

Brüsseldə NATO-nun xarici işlər nazirlərinin görüşünə ilk səfəri zamanı ABŞ dövlət katibi Reks Tillerson Rusiyanı Ukraynaya qarşı təcavüz etməkdə günahlandırıb və “Rusiyanın həm zorakı, həm də qeyri-zorakı təşviqatının qarşısını almaq” üçün ittifaqın vacibliyini vurğulayıb.

ABŞ Senat Kəşfiyyat Komitəsi cümə axşamı dinləmələrində diqqətini Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə yönəldib. Dinləmələrin məqsədi Rusiya hökumət orqanları ilə Prezident Donald Trampın seçki kampaniyası üzvləri arasında mümkün təmaslarını araşdırmaqdır.

Giriş nitqində Senator Mark Uorner Rusiyanın məqsədyönlü şəkildə ABŞ media orqanlarını etibardan salmaq istiqamətində səyləri haqda danışıb.

Uorner bildirib ki, Rusiya dövlət propaqandasının təmsilçisi olan Russia Today (RT) agentliyi Demokrat namizəd Hillari Klintona qarşı mənfi xəbərlər yaymaqla məşğul olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG