Accessibility links

Rusiya Hələbdə 3 saatlıq atəşkəs elan edib


Rusiya Müdafiə Nazirliyi bu gün mühasirədə olan Hələb şəhərinə humanitar yardım çatdırılması üçün hər gün 3 saat şəhər ətrafında atışmaya son qoyduğunu bəyan edib.

"Sabahdan etibarən humanitar yardım konvoyunun Hələb şəhərinin içərisinə hərəkət edə bilməsi üçün səhər saat 10:00-la 13:00 arasında hərbi, hava və quru əməliyyatlar dayandırılaraq humanitar fasilə elan olunacaq" - deyə Rusiya ordu generalı Sergey Rudskoy bildirib.

Suriyanın Hələb şəhərində olan 2 milyon insanın su və elektrikə çıxış imkanının olmaması barədə dünən xəbərdarlıq edən BMT dağılmış infrastrukturun bərpası və humanitar yardımın çatdırılması üçün döyüşlərin dayandırılmasına çağırmışdı. Ümumiyyətlə, BMT müntəzəm olaraq Hələbə yardım çatdırılması üçün həftəlik 48 saatlıq atəşkəs çağırışı edir.

Hələbdə həkimlərdən ibarət qrup ABŞ prezidenti Barak Obamaya müraciət edərək oradakı vəziyyəti təsvir edib və mülki vətəndaşların mühasirəsinə son qoyulmasına dair yardım istəyib.

Bununla yanaşı, yayılan məlumatlara görə, Suriya hökuməti bu yaxınlarda üsyançı fraksiyanın nəzarəti ələ götürdüyü Hələb şəhərində hücumlar həyata keçirmək üçün şəhərə bir neçə min qüvvə göndərib.

XS
SM
MD
LG