Accessibility links

Rusiya ordusunun bildirdiyinə görə, Suriyada maşının bombaya tuş gəlməsi ilə 4 hərbi xidmətçi həyatını itirib.

Müdafiə nazirliyinin bəyanatında partlayışın Rusiyanın hərbi müşavirlərini daşıyan maşın da daxil edilməklə, Suriyanın hərbi maşın karvanı Homs şəhərinə gedərkən baş verdiyi bildirilir.

Bəyanatda bombanın uzaqdan idarə üsulu ilə partladıldığı deyilir. Hadisə zamanı digər 2 rus əsgəri xəsarət alıb.

Son hadisə Suriyada hərbi qulluqda ikən ölən rus hərbçilərinin sayını 27-yə çatdırıb.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG