Accessibility links

Rusiya hərbçilər qitələrarası ballistik raketləri uğurla sınaqdan keçiriblər


Rusiya hərbçilər qitələrarası ballistik raketləri uğurla sınaqdan keçiriblər
Rusiya hərbçilər qitələrarası ballistik raketləri uğurla sınaqdan keçiriblər

Bulava raketi dünən Rusiyanın Finladiya ilə sərhədi yaxınlığında sualtı qayıqdan atılıb

Rusiya Müdafiə Nazirliyi bildirib ki, hərbçilər qitələrarası ballistik raketləri uğurla sınaqdan keçiriblər. Hökumət bu raketləri özünün gələcək nüvə arsenalına daxil edəcəyinə ümid edir. Bulava raketi bu gün Rusiyanın Finladiya ilə sərhədi yaxınlığında sualtı qayıqdan atılıb. Hərbi sözcü raketin Rusiyanın təxminən 6000 kilometr üzaqlıqda yerləşən şərqi Kamçatka yarımadasında hədəfi uğurla vurduğunu bildirib. Raket əvvəllər on üç sınaqdan cəmi altısında uğur əldə edə bilib. Bulava Rusiyanın sualtı qayiqları üçün nəzərdə tutulub, raketdən müdafiə sistemlərindən yayınma və bir neçə raket başlığı atmaq imkanlarına malikdir.

XS
SM
MD
LG