Accessibility links

Rusiya ilə Avropa Birliyi arasında razılıq imzalandı


Rusiya ilə Avropa Birliyi arasında razılıq imzalandı
Rusiya ilə Avropa Birliyi arasında razılıq imzalandı

Avropa Birliyi və Rusiya arasında Avropa ölkələrindən tərəvəz idxalına qoyulan qadağaya son qoyulması barədə razılıq imzalanıb. Moskva bu ayın əvvəllərində bağırsaq bakteriyasının 39 nəfərin ölüməsinə, 3 000 nəfərə qədər insanın xəstələnməsinə səbəb olmasından sonra tərəvəz idxalına qadağa qoymuşdu. Bağırsaq bakteriyası Almaniyanın şimal bostanlarında aşkar edilmişdı. Lakin Rusiya bu gün bildirib ki, idxal Brüsselin Moskvaya laboratoriyalardan təhlükəsizliyi təmin edən rəsmi sənəd təqdim etdikdən sonra başlaya bilər. Rusiya eləcə də tərəvəz idxal edən bütün Avropa dövlətlərindən tərəvəz haqda məlumat və həmin tərəvəzlərdə E-Koli bakteriyasının olmadığı barədə sənəd tələb edir.

XS
SM
MD
LG