Accessibility links

Rusiya ilə Belarus arasında münasibətlər pisləşir


Rusiya rəsmiləri Belarus prezidenti Aleksandr Lukaşenkonu sərt tənqid atəşinə tutublar. Rusiya prezidenti Dmitri Medvedevin xarici siyasət məsələləri üzrə baş müşaviri cənab Lukaşenkonun hərəkətlərini qeyri-ardıcıl adlandırıb. Sergey Prixodko jurnalistlərə bildirib ki, cənab Lukaşenko Moskva qarşısında verdiyi vədləri yerinə yetirməyib. Daha sonra adının açılqanmasını istəməyən Kreml mənbəyi Belarus prezidentini yalançı adlandıraraq bu növ davranışın norma halı aldığını bildirib. Rusiya rəsmiləri iddia edirlər ki, cənab Lukaşenko Gürcüstanın separatçı Cənubi Osetiya və Abxaziya regionlarının müstəqilliyini tanıyacağını vəd etmişdi. Belarus lideri bu iddiaları inkar edib. Cümə günü verdiyi bəyanatda cənab Lukaşenko Rusiyanı Belarusa qarşı mövqeyini dəyişməkdə günahlandıraraq ABŞ-la münasibətləri yaxşılaşdırmaqda maraqlı olduğunu söyləyib.

XS
SM
MD
LG