Accessibility links

Rusiya ilə ticarəti normallaşdıran qanun Senatda müqavimətlə üzləşir

  • Amerikanın səsi

ABŞ Senatının Soyuq Müharibə dönəmindən qalma Rusiya ilə ticarəti məhdudlaşdıran qanunu ləğv etmək cəhdləri maneələrlə üzləşir. Senat Respublikaçıları israr edirlər ki, Konqres ilk öncə Rusiyanın insan haqları sahəsindəki bərbad göstəricilərinə və xarici-iqtisadi siyasətinə nəzər salmalıdır.

1974-cü ildən qüvvədə olan Jackson-Vanik Aktının ləğv edilməsi təşəbbüsü Senat Maliyyə Komitəsinin sədri Maks Baucus tərəfindən irəli sürülüb. Həmin qanun vaxtikən Sovet İttifaqına yəhudi və başqa azlıqlara müharicət etməyə imkan vermədiyi üçün sanksiyalar tətbiq edirdi. Qanunun ləğvinin tərəfdarları onun köhnəldiyini deyirlər.

Amma komitənin səkkiz Respublikaçı üzvü, başda Utah senatoru Orrin Hatch olmaqla, Baucusa məktub yazaraq Konqresin Rusiyada baş verən hüquq pozuntularını nəzərdən qaçırmamalı olduğunu bildirib. “ABŞ-Rusiya münasibətlərinin bir çox aspektləri narahatlıq doğurur,” deyə məktubda Vladimir Putin hakimiyyətinin qeyri-legitimliyi, müxalifətə qarşı basqılar və Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə yardımı sadalanır.

XS
SM
MD
LG