Accessibility links

Bu gündən etibarən Rusiya aviaşirkətlərinə məxsus təyyarələrin Ukraynaya uçuş qadağası qüvvəyə minib. İki ölkə arasındakı avia əlaqənin ləğv olunduğu bu gün uğursuz başa çatan danışıqlardan sonra bəyan edilib.

Qadağa səbəbilə hər ay 70 min sərnişin əziyyət çəkəcək və təhlilçilər bildirir ki, bu, Rusiya aviaşirkətlərinə daha baha başa gələcək.

Ukrayna hakimiyyəti bu ilin sentyabrında qərar qəbul edərək oktyabrın 25-dən Rusiya aviaşirkətlərinə Ukraynaya uçuş etməyi qadağan edəcəyini bildirmişdi. Buna cavab olaraq Rusiya da Ukraynaya uçuş qadağası tətbiq edib.

Sentyabrın 16-da Ukrayna prezidenti Petro Poroşenko Rusiyaya qarşı yeni sanksiya paketinə imza atıb. Yeni sanksiya siyahısına 100-ə yaxın hüquqi şəxs, o cümlədən 20 rus aviaşirkəti salınıb. Sanksiyaya səbəb Donetsk və Luqanskın Ukraynadan ayrı yerli idarəetmə orqanlarına seçki keçirmək qərarı olub.

XS
SM
MD
LG