Accessibility links

Rusiya Şimali Atlantik Alyans Təşkilatının illik zirvə görüşündə iştirak edəcək


Rusiya Şimali Atlantik Alyans Təşkilatının illik zirvə görüşündə iştirak edəcək
Rusiya Şimali Atlantik Alyans Təşkilatının illik zirvə görüşündə iştirak edəcək

Müttəfiqlərlə Rusiya arasında daha geniş əməkdaşlıq Avropanın təhlükəsizliyinə müsbət təsir göstərəcək

Rusiya prezidenti Dmitri Medvedev 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsinə görə müttəfiqlərlə Rusiya arasında gərginləşmiş münasibətləri bərpa etmək məqsədilə sabah Şimali Atlantik Alyans Təşkilatının illik zirvə görüşündə iştirak edəcək. Cənab Medvedev və müttəfiq ölkələrin nümayəndələri Lissabonda NATO-nun sammiti çərçivəsində görüş keçiricəklər. Soyuq müharibə dövrünün keçmiş rəqibləri raketlərdən yeni müdafiə sistemi və Əfqanıstan müharibəsi də daxil olmaqla, bir çox məsələləri müzakirə edəcəklər. NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, müttəfiqlərlə Rusiya arasında daha geniş əməkdaşlıq Avropanın təhlükəsizliyinə müsbət təsir göstərəcək və 21-ci əsrdə hər iki tərəfin təhlükəsizliklə bağlı narahatlıqlarını ünvanlayacaq.

XS
SM
MD
LG