Accessibility links

İnformasiya müharibəsi [Video]


İnformasiya müharibəsi
please wait

No media source currently available

0:00 0:02:36 0:00

NATO komandirləri Qərbi düşmən tərəfindən aparılan informasiya müharibəsinə qarşı əks tədbirlərin görülməsinə çağırıb. Komadirlər xəbərdarlıq edir ki, Rusiya kimi ölkələr Qərb mediasında azadlıqlardan istifadə edərək dezinformasiya yayır.

2014-cü ildə Rusiya Krımı ilhaq edib. Moskva ilkin olaraq bunu rədd etsə də bir neçə həftə sonra Krımdakı yaşıl formalı əsgərlər sonradan Ukraynanın şərqində də peyda olub.

BMT-nin Baş Assambleyasında çıxış edən Petro Poroşenko deyib ki, bu kimi taktikalar bütün Qərb dünyasına qarşı edilir.

Petro Poroşenko: “Siyasi təzyiq, səs-küylü propaqanda, elektoral prosesə müdaxilə, iqtisadi təzyiq, gizli hərbi əməliyyatlar, kiber hücumları, diplomatik öçülərdən sui-istifadə. Bunlar elan olunmamış müharibənin müasir metodlarıdır.”

Londonda yerləşən Kral Biləşmiş Xidmətlər İnsitutunda bu həftə keçirilən İnformasiya Müharibəsi konfransında NATO-nun Strateji Rabitə üzrə direktoru bildirib ki, Qərb bununla ayaqlaşmağa çalışır.

Canis Sarts: “Texnologiya bizdədir. Marketinq nəhəngləri bizim ölkədədir. Buna baxmayaraq, biz Rusiya, İŞİD və Çin kimi fəqli aktyorlar tərəfindən təzyiqə məruz qaldığımız barədə müzakirə aparırıq.”

Konfransın diqqət mərkəzində Russia Today, ya da RT kimi tanınan televiziya kanalı kimi Rusiyanın dövlət mediasının əhatə dairəsinin getdikcə genişləndirilməsi olub. Tele-kanal çox zaman Kremlin təbliğat maşını adlandırılır.

Ekonomist jurnalının baş redaktoru RT kanalının jurnalistika ilə heç bir əlaqəsi olmadığını düşünür. Lukas deyir ki, Qərb sosial mediada "təmizlik" sahəsində çox iş görməlidir.

Edvard Lukas: “Burada ciddi problem var. Saxta sosial media hesabları mövcuddur, xüsusilə də Tvitterdə. Ruslar trollar yaratmaq üçün çoxlu pullar xərcləyir.”

NATO rəsmiləri deyir ki, Rusiya informasiya strateqiyasını özünün münaqişə planının əsas dayaqlarından biri kimi istifadə edir. Lakin Qərbdə bu çox vaxt özəl ictimai əlaqələr komandası tərəfindən həyata keçirilir.

Mark Leiti: “Biz hələ də bunun miqyası ilə bağlı mübarizə aparırıq. Halbuki strateji rabitə düzgün maliyələşdirilsə, bu başqa xərclərlə müqayisədə daha ucuz başa gələ bilər.”

Leiti xəbərdarlıq edib ki, Rusiya Suriyaya müdaxilə, xüsusilə də Hələb şəhərində bu ayın əvvəlində baş verən bomba hücumları haqda dezinformasiya yaymağa davam edir. O əlavə edib ki, Qərb bununla mübarizə aparmağı öyrənməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG