Accessibility links

Fəallar: Rusiyanın insan haqlarına qarşı təqibləri Sovet vaxtlarını xatırladır [Təhlil]


İlk dəfə olaraq Rusiya məhkəməsi bir fəalı icazəsiz etiraz etdiyinə görə 2014-cü il qanunu altında 3 il müddətinə azadlıqdan məhrum edib.

Bazar ertəsi Moskvanın Basmannı Məhkəməsi hökmü çıxardıqdan sonra Amnesty İnternational təşkilatı fəal İldar Dadinin dərhal azad olunmasına çağırıb. Cəza prokurorların istədiyindən bir il daha uzundur.

Qanun Rusiya rəsmilərinə altı aylıq müddət ərzində dörd icazəsiz nümayişə görə 5 ilədək azadlıqdan məhrum etməyə icazə verir.

Amnesty Dadinin həbsini və qəddar qanunlardan istifadə edib ictimai yığıncaqların qarşısının alınmasını “ifadə azadlığına qarşı hücum” adlandırıb.

Dadin ilk dəfə 2012-ci ildə hökümətə qarşı çıxış edən nümayişçilər əleyhinə çıxan hökmə qarşı etiraz etdiyinə görə həbs olunub. O daha sonra bir neçə dəfə polis tərəfindən saxlanılıb, 2014-cü ildə dördüncü icazəsiz nümayişindən sonra isə ev dustaqlığına məhkum edilib.

Amnesty International təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev Amerikanın Səsinə bildirib ki, qanun çərçivəsində daha üç nəfərin işinə baxılır. Onun sözlərinə görə, yaxın zamanlarda onlardan biri ilə bağlı hökm çıxarılacağı gözlənilir.

Elə görünür ki, hökümət insanların tənqidi fikirlərini Sovet vaxtarındakı kimi təkcə evlərində, mətbəxlərində səsləndirə bilməsini istəyir.

“Mən bunu deyə bilirəm, çünki Rusiyanın ədliyyə sistemindən ədalətli məkhəmə prosesini gözləmək möcüzə olardı.”

İstintaq altında olanlardan biri 75 yaşlı Vladimir İonovdur. O, 2014-cü il qanunu altında cinayət işi ilə üzləşən ilk fəaldır, lakin onunla bağlı hələ bir qərar çıxarılmayıb.

Dadinin hökmü Rusiya prokurorlarının müstəqil Dojd televiziya kanalında keçiridiyi reydlə eyni gün çıxarılıb. Reydə səbəb kimi isə əmək və lisenziya qanunlarına riayət olunması, eləcə də “ekstremizm və terrorizm” təhlükələri qeyd olunur.

İnsan haqları qrupları bu reydin Rusiyada Kreml və Putini tənqin edənləri işıqlandıran çox az sayda televiziya kanallarında biri olan Dojd-a təzyiq cəhdi olduğunu deyir.

Nyu-Yorkda fəaliyyət göstərən Jurnalistlərin Müdafiə Komitəsi Rusiyanın Dojd-a qarşı təzyiqi ilə bağlı narahatlığını ifadə edib.

Dojd

Dojd

2014-cü ildə televiziya provayderləri rəsmilərin təzyiqləri nəticəsində Dojd kanalını kanal siyahısından çıxarıb. Buna səbəb isə kanalın apardığı rəy sorğusu olub . Sorğuda nasistlərə təslim olmağın 1940-cı ildə Leninqradın mühasirəsinin gətirdiyi insan itkilərindən daha yaxşı olub-olmaması sualı verilmişdi.

Dövlət televiziya kanallarından fərqli olaraq geniş auditoriyaya çıxış məhdudiyyəti olan Dojd rəsmilərə boyun əyməkdən imtina edir və tez-tez müxalfətçi siyasətçilər və fəallarla müsahibələr aparır.

İnsan haqları qrupları Kremli tənqid edən səslərin boğulmasını Sovet vaxtlarını xatırlatdığını deyir.

“Elə görünür ki, hökümət insanların tənqidi fikirlərini Sovet vaxtarındakı kimi təkcə evlərində, mətbəxlərində səsləndirə bilməsini istəyir,” deyə Moskvada Human Right Təşliatının Rusiya proqramı üzrə direktoru Tanya Lokşina bildirir.

Rusiyanı çətin vaxtlar gözləyir, əsasən də iqtisadi baxımdan.

“Hökümət müstəqil tənqidləri qeyri-hökümət təşkilatlarına, müstəqil media qurumlarına və müstəqil tənqidçilərə hücum edərək aradan qaldırmağa çalışır.”

2012-ci ildə hökümətə qarşı böyük etiazların olduğu bir dönəmdə Putin Kremlə dönəndən bəri Rusiya toplaşma azadlığı, mətbuat, xarici təşkilatlar və xaricdən maliyyələşdirilən qruplara qarşı daha sərt qadağalar tətbiq etməyə başlayıb.

Son aylar ərzində Rusiya prokurorları üç ABŞ qrupu – Milli Demokratiya Fondu, Açıq Cəmiyyət Fondu və ABŞ-Rusiya İqtisadi İrəliləyiş və Qanunun Aliliyi Fondunu “arzuolunmazlar” qanunu altında qara siyahıya salıblar.

100-dən çox Rusiya təşkilatına “xarici agent”damğası vurulub. İnsan haqları qrupları deyir ki, bu damğaya görə təşkilatlardan çoxu fəaliyyətlərini ya azaldıb, ya da tamamilə dayandırıb.

Aleksandr Vinokurov

Aleksandr Vinokurov

Faəlların dediyinə görə, bu təzyiq Rusiya rəsmilərinin ölkə tənəzzülə doğru getdiyi və Suriyadakı hərbi fəaliyyətin artdığı bir vaxt sabitsizliyin artmasında qorxduğunu göstərir.

“Rusiyanı çətin vaxtlar gözləyir, əsasən də iqtisadi baxımdan,” deyə Amnesty International-dan Krivoşeyev bildirir.

“Hökümət daha çox etirazlar gözləyirdi və bunun qarşısını almaq üçün də etiraz nümayişlərinin təşkilini çətinləşdirdi. Başını qaldıranlara qarşı daha ciddi təqzyiq tədbirləri hazırlandı. Məncə höküməti qarşıda daha çətin günlər gözləyir.”

XS
SM
MD
LG