Accessibility links

Rusiyada dollarla ipoteka götürənlər etiraz edir [Video]


Xarici valyuta ilə ev ipotekaları götürən bir çox rusiyalı rublun dəyərini itirməsi ilə kreditlərini ödəməkdə çətinlik çəkir və onlar hətta bank tərəfindən evlərindən məcburi çıxarıla bilər. İpoteka ödəyənlərin acınacaqlı vəziyyəti Rusiyada davam edən iqtisadi böhranın göstəricisidir.

Hazırkı mübadilə kursu ilə krediti ödəyib, eyni zamanda övladını doyurmaq çətindir. Mən bankla bir razılığa gələ bilməsəm, mənzildən əl çəkməli olacam.

Moskvada bank önündə toplaşan bu etirazçılar xarici valyuta ilə götürdükləri ipoteka kreditlərinin rubla çevrilməsini istəyir.

Rus rublunun dəyər itirməsi nəticəsində ipoteka ödənişləri ikiqat artıb, insanların isə bunu ödəməyə imkanları yoxdur.

“Bəzi ailələr artıq ikinci və ya üçüncü dəfə məhkəməyə göndərilir. Mayda isə banklar onları evlərindən məcburi çıxarmağa başlayacaq.

Tamara Makoyeva maşını ABŞ dolları ilə alırdı və 2006-cı ildə ev almaq üçün kreditini də elə dollarla götürüb.

Ancaq tikinti işləri ləngidiyi və Rusiyada iqtisadi böhran yaşandığı üçün onun maaşı rublla ödənməyə başladı.

“İlk böhrandan normal çıxdıq, çünki o zaman dollar hələ çox qalxmamışdı. Amma hazırkı böhranda dollar çox qalxıb, məmim isə aylıq ipoteka ödənişim üç dəfə artıb,” deyə Tamara bildirir.

O deyir ki, onun təmirsiz mənzilinin kreditinin aylıq ödənişi maaşının yarısından çoxunu təşkil edir. Bundan əlavə isə o hələ kirayə də ödəməlidir.

“Hazırkı mübadilə kursu ilə krediti ödəyib, eyni zamanda övladını doyurmaq çətindir. Mən bankla bir razılığa gələ bilməsəm, mənzildən əl çəkməli olacam,” deyə o bildirir.

Onlar hökümətə böyük hədə deyil. Amma səylərini birləşdirsələr daha böyük təsirə malik ola bilərlər və səslərini daha çox duyurarlar.

Rusiya rəsmiləri bankları kreditləri rubla çevirməyə çağırıb. Lakin onlar həmçinin qeyd edir ki, xarici valyuta ilə ipoteka alanların sayı çox azdır, bunu edənlər isə özləri bu riski alıb.

“Onlar hökümətə böyük hədə deyil. Amma səylərini birləşdirsələr daha böyük təsirə malik ola bilərlər və səslərini daha çox duyurarlar,” deyə Karneqi Moskva Mərkəzindən Aleksandr Baunov bildirir.

İpoteka etirazlarının hərdən bir keçirilməsinə və az sayda insanı cəlb etməsinə baxmayaraq, ölkədə parlament seçkiləri yaxınlaşdığı bir vaxt onların Rusiya rəsmiləri üçün daha həssas məsələyə çevriləcəyi gözlənilir.

XS
SM
MD
LG