Accessibility links

Rusiya mənfi iqtisadi artımla üzləşib


Beynəlxalq Valyuta Fondu Rusiyanın maliyə böhranı yaşadığını və ardıcıl olaraq iki kvartal mənfi iqtisadi artımla üzləşdiyini deyib.

Fond Rusiyanın 2014-cü il üçün iqtisadi artımının 1.3 faizdən 0.2 faizə enəcəyini proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondundan iqtisadçı Antonio Spilimberqo müxbirlərə deyib ki, qərar geosiyasi gərginlik və sanksiyalara görə əhəmiyyətli dərəcədə qeyri-müəyyənliklə qarşılaşıb.

Ötən kvartalla müqayisədə Rusiya iqtisadiyyatında ilin ilk üç ayında 0.5 faiz artım müşahidə edilib.

Beynəlxalq Valyuta Fondu 2015-ci ildə Rusiya iqtisadiyyatında 1 faiz artım proqnozlaşdırır ki, bu əvvəlki proqnozdan 2.3 faiz azdır.

Rusiya maliyyə naziri Anton Siluanov iqtisadiyyatın növbəti kvartalda maliyyə böhranı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Rusiyanını Ukrayna böhranında rolu ABŞ-da daxil edilməklə, Qərb dövlətlərinin Rusiyanın fərdləri və şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsinə səbəb olub.
XS
SM
MD
LG