Accessibility links

Rusiya hökuməti 2015-ci ildə iqtisadi tənəzzülün olacağını gözləyir


Rusiyanın iqtisadi inkişaf nazirliyi 2015-ci ildə ölkə iqtisadiyyatında əvvəlki proqnoza əsasən 1,2 faiz artım deyil, 0,8 faiz enmə gözlənildiyini bildirib.

Rusiya iqtisadiyyatında Qərbin Ukraynaya müdaxilə ilə əlaqədar olaraq tətbiq etdiyi sanksiyalar və dövlət büdcəsinin əsasını təşkil edən neft ixracından gəlirlərin azalmasına görə yavaşıma müşahidə edilir.

Sanksiyalar Rusiya bankları və investisiya sahəsinə öz təsirini göstərib. Rusiyanın milli valyutası olan rubl ABŞ dollarına nisbətən dəyərini bu il 40 faizdən itirib.

İqtisadi inkişaf nazirliyi gələn il Birləşmiş Ştatlar və Avropa ölkələrinin tətbiq etdiyi sanksiyaların qaldırılacağını təxmin edirdib, lakin indi nazirlik geo-siyasi risklərin artacağı ilə bağlı proqnoz verib.

Rusiya iqtisadiyyatına xüsusilə neft gəlirlərinin azalması təsir göstərib. Dünya bazarında bir barrel neftin qiyməti üçdə bir dəfə azalaraq, iyun ayından bəri 70 dollara enib.

Rublun dəyərinin düşməsi Rusiyada inflasiyanın artaraq, gələn həftələrdə 9 faizə qalxmasına gətirib çıxara bilər. İqtisadi inkişaf nazirliyi Rusiya vətəndaşlarının gəlirlrinin gələn il 2,8 faiz azalacağını proqnozlaşdırıb. Bundan öncə nazirlik əhalinin gəlirlərinin 0,4 faiz artacağını təxmin etmişdi.

XS
SM
MD
LG