Accessibility links

Rusiyanın İranla nüvə razılaşmasında rolu [Təhlil]


İranla nüvə proqramına dair razılığın əldə olunmasında ABŞ və Rusiya arasında iş birliyi digər məsələlərdə də yaxın əməkdaşlığa nail oluna biləcəyi il bağlı ümidlərin artmasına gətirib çıxarıb. Lakin təhlilçilər deyir ki, bu məsələdə inkişafın əldə edilməsi prosesi yavaş olacaq.

İyulun 14-də nüvə razılaşmasının əldə olunmasından az sonra Kremlin açıqladığı bəyanatda prezident Obama və prezident Putinin telefon danışığı zamanı beynəlxalq terrorizmə qarşı mübarizə də daxil olmaqla bir sıra beynəlxalq məsələ ətrafında birgə işləmək haqda razılaşdıqları bildirilib.

Öz növbəsində Ağ Ev bildirib ki, liderlər Suriya münaqişəsi də daxil olmaqla regionda gərginliyin azaldılması istiqamətində birgə işləmək istəyini ifadə ediblər.

Moskvada yerləşən Rusiya və Nüvə Silahlarının Yayılmaması təşkilatının direktoru Andrey Baklitski deyir ki, iki güc arasında hər hansı bir əməkdaşlığın əhatə dairəsi məhdud olacaq.

Ukrayna ilə bağlı məsələdə Rusiya və Qərb tamailə fərqli baxışlara sahibdirlər.
Andrey Baklitski

Andrey Baklitski: “Rusiya və Qərbin problemlərə fərqli baxışların mövcud olduğu sahələrdə dəyişiklik çox olmayacaq. Aydındır ki, Ukrayna ilə bağlı məsələdə Rusiya və Qərb tamamilə fərqli baxışlara malikdir. Xüsusilə də Krım probleminin müzakirə edilə biləcəyini düşünmürəm.”

Rusiya və Qərb arasında münasibətlər keçən il Krim yarmadasını ilhaq etməsi və separatçıları dəstəkləməsilə əlaqədar Moskvaya qarşı sanksiyaların tətbiq edilməsindən sonra gərgin olaraq qalır.

Qərb dövlətləri Kremli üsyançıları silahla təchiz etməkdə günahlandırır, lakin Moskva bunu rədd edir.

Rusiya 2013-cü ildə Suriya hökumətinin kimyəvi silahlarının məhv edilməsi prosesində vasitəçilik etsə də, Kreml prezident Bəşər Əl-Əsədi mülki vətəndaşlara qarşı çəllək bombalarından istifadə etməkdə günahlandırılmasına baxmayaraq dəstəkləməkyə davam edir.

İslam Dövləti qrupunun güclənməsilə regionda əməkdaşlıq səylərinə ehtiyac yenilənib, deyə Karneqi Moskva Mərkəzinin əməkdaşı Nikolay Kojanov bildirir.

Nikolay Kojanov: “Fikir ayrılıqlarına baxmayaraq, ruslar və amerikalıların problemin həllinə nail olmaq üçün ortaq dil tapmaq istədiyinə müəyyən işarələr var.”

Lakin təhlilçilər deyir ki, fikir ayrılıqlarının aradan qaldırılması illər çəkə bilər. Qərb dövlətləri Suriyada hakimiyyətin dəyişməsini istəyir, Rusiya isə Dəməşqin sadiq müttəfiqi olaraq qalmağa davam edir.

Ekspertlər Rusiyanın İranla nüvə razılaşmasını dəstəkləməsinin daxili səbəbləri olduğunu bildirir.

İranın nüvə proqramı, enerji və silah bazarı Moskvanın marağı daxilindədir.
Nikolay Kojanov

Nikolay Kojanov: "İranın nüvə proqramı, enerji və silah bazarı Moskvanın marağı daxilindədir. Bu nöqteyi-nəzərdən baxılsa Rusiya mütləq bu bazara daxil olmaq istəyəcək. Lakin sanksiyalar qaldırılmasa, bu mümkün deyil.

Sanksiyaların qaldırılmasının Moskvaya mümkün mənfi təsiri İranın enerji bazarında ixracat səviyyəsini artırması və bunun neft qiymətinin düşməsinə gətirib çıxarmasından ibarət ola bilər. Lakin Moskvada yerləşən Yaxın Şərq Araşdırmaları institutunun prezidenti Yevqeni Satanovski deyir ki, bu yaxın zamanda baş verməyəcək.

YevqeniSatanovski: “İranın nefti dünya bazarına dərhal çıxmayacaq. Əgər bu baş versə, İran üçün nefti Yaponyaya, Hindistana, Koreyaya və Çinə satmaq daha sərfəli olacaq.”

İranın həmçinin nəhəng qaz ehtiyatlarına malikdir. Satanovski deyir ki, İranın bu ehtiyatları bazara çıxarması üçün bir neçə il və milyardlarla dollar investisiyaya tələb olunur.

Nüvə razılaşması ilə Rusiya İrannın nüvə elektrik stansiyalarının inşasında əsas rol oynamağa davam edəcək. Rusiya həmçinin öz silah istehsalçılarının Tehranla ticarətə başlaması üçün BMT-nın İrana qarşı qoyduğu silah embarqosunu qaldırılmasını istəyir.

XS
SM
MD
LG