Accessibility links

Rusiya prezidenti Vladimir Putin İrana S-300ü müasir hava müdafiə sistemlərininin təchizatı ilə bağlı qoyduğu qadağanı aradan qaldırıb.

Kremlin veb səhifəsinə əsasən, Rusiya prezidenti Vladimir Putin 2010-cu ilin sentyabrında İranın yer-hava tipli müasir raket sistemi ilə \ təmin edilməsinə qoyulmuş qadağanın götürülməsi haqda sərəncam imzalayıb.

Qərarı şərh edən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, İran və dünyanın altı qüdrətli dövləti arasında nüvə danışıqlarında inkişafın əldə edilməsi ilə Rusiyanın Tehranı S-300 tipli raket sistemi ilə təchiz etməsinə dair tətbiq edilmiş beynəlxalq embarqo və Rusiyanın öz tərəfindən qoyulmuş qadağa aradan qaldırılmış olur.

Moskva 2007-ci ildə Tehranın S-300 sistemi ilə təchiz edilməsinə dair 800 milyon dəyərində müqavilə imzalamışdı. Lakin bundan üç il sonra BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar tətbiq etməsinin ardınca Rusiya müqaviləni dondurmuşdu.

Eyni zamanda, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvanın barterə dair hazırkı razılaşmaya əsasən İrana taxıl, avandanlıq və tikinti materiallarının göndərildiyini bildirib.

XS
SM
MD
LG