Accessibility links

Rusiya və İran Suriyada əməkdaşlığa söz verib


İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Moskvada Kremldə danışıqlar zamanı

İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə Moskvaya ilk səfəri zamanı ikitərəfli razılaşmalar imzalayıb.

İki lideri Suriyada sülh işinə sadiq qalmağa söz verib. Hər iki ölkə Suriya prezidenti Bəşar Əl-Əsədə dəstək göstərir. İran və Rusiya eyni zamanda energetika və sənaye sahələrində yeni iqtisadi əməkdaşlıq yolları axtarır.

Rusiya prezidenti Vladimir Putin iki ölkə arasında ticarət dövriyyəsinin 70 faizə çatdığını bildirib.

"Qlobal şəraitin nə qədər qeyri-sabit olduğu və ticarət və valyuta bazarlarında mövcud qeyri-müəyyən şərait nəzərə alınsa bu, çox gözəl nəticədir"-deyə Vladimir Putin bildirib.

Görüşdən sonra verilmiş birgə bəyanatda Suriyada sülh işinə sadiqliqliyə dair təəhhüdlər bir daha vurğulanıb və iki ölkənin və Türkiyənin Suriyada döyüşən tərəflər arasında danışqlarda vasitəçilik səylərində əməkdaşlıq BMT-nin vasitəçiyi ilə Cenevrə danışıqlarının uğuru istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Moskva və Tehranın Əsədi dəstəkləməsinə baxmayaraq, onların Türkiyənin münaqişədə rolu ilə bağlı baxışları fərqlənir. Moskva Ankaranı Suriya münaqişəsinin həllində tərəf kimi görsə də, Tehran xüsusilə də Moskva və Ankara dekabr ayında razılaşmanın əldə edildiyi zaman İranı kənarda qoyduqdan sonra məsələ ilə bağlı daha ehtiyatlı mövqe tutur.

XS
SM
MD
LG