Accessibility links

"Grazhdanin Poet" satirik jurnalının müəllifi Amerikada səfərdə


Dmitri Bıkov

Dmitri Bıkov

İstedadlı yazıçı və Rusiyanın məşhur müxalif fiqurlarından olan Dmitri Bıkov mühazirələr və ədəbi çıxışlar planı ilə Birləşmiş Ştatlarda səfərdədir. O, səfər proqramına Merilend Universitetinin rus dili və ədəbiyyatı fakültəsinin Maya Brin Residency proqramının təşkil etdiyi ədəbiyyat gecəsi ilə başlayıb.

Dmitri Bıkov müasir Rusiyanın jurnalist, şair, tənqidçi, radio şəxsiyyət, yazıçı və ictimai intellektual kimi qələmə verilə biləcək nadir fiqurlarındandır. O, həmçinin ədəbiyyat üzrə çoxsaylı mükafatların qalibi, Rusiyanın faciəli tarixini, sovet kommunist irsini və rus xalqının keşməkeşli taleyini əks etdirən romanları ilə tanınır.

Dmitri Bıkov sosial mediada çoxları tərəfindən bəyənilən “Grazhdanin Poet” və “Gospodin xoroshiy” satirik video lahiyələrinin müəllifidir. O, populyarlığından istifadə edərək tanınmış aktyor Mixail Yefremovla birlikdə bu proqramlarda, rus klassiklərini təqlid edərək, kəskin tənqid və hazırcavablıq işlədərək aktual siyasi problemləri ictimaiyyətin diqqətinə çatdırır.

Dmitri Bıkovun yaradıcılığında müasirlik, böyük ədəbi istedad və parlaq yumor öz əksini tapır.

Dmitri Bıkov 2 noyabrda Merilend Universitetində “Stalin Sovet Ədəbiyyatının ünvanı kimi” başlıqlı mühazirə ilə proqramına davam edəcək.

Bu səfər çərçivəsində o, bir neçə başqa ştatda olacaq və hələ başa çatmamış yeni romanının təqdimatını keçirəcək.
XS
SM
MD
LG