Accessibility links

Amnesty International Rusiyanın Suriyadakı hava kampaniyasını tənqid edib


Amnesty International Rusiyanın Suriyadakı hava kampaniyasını tənqid edərək, Homs, İblid və Hələb şəhərlərində 200-ə yaxın insanın həlak olduğunu bildirib.

İnsan hüquqlarının müdafiəsi qrupu hücumların yaxınlıqda yaraqlılar və hərbi hədəflərin olmadığı evlər, xəstəxanaları dağıtdığını bildirir.

"Rusiyanın bəzi hücumları birbaşa mülki əhali və ya mülki obyektləri hədəf alır"-deyə Amnesty International-ın Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Filip Lüter deyib. O, bu hücumların müharibə cinayəti aktı kimi qəbul edilməli olduğunu bildirib.

Təşkilat Rusiyanın qadağan edilən kaset və hədəfsiz bombalardan istifadə etdiyinə dair dəlillərə malik olduğunu deyib.

Rusiyanın bəzi hücumları birbaşa mülki əhali və ya mülki obyektləri hədəf alır

Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov təşkilatın ittihamlarını rədd edib.

O deyib ki, yalan və klişe məlumatdan əlavə heç bir yenilik açıqlanmayıb.

XS
SM
MD
LG