Accessibility links

Rusiyalı haker 1.7 milyon kredit kart məlumatlarını ələ keçirməkdə ittiham edilir


ABŞ-ın federal agentləri Roman Seleznyovu 2014-cü ildə Maldiv adalarında həbs edib

ABŞ-ın federal agentləri 2014-cü ildə Maldiv adalarında rusiyalı şəxsi həbs etdikləri zaman onun kompüterindən 1.7 milyon oğurlanmış kredit kart nömrələri tapılıb. Bu barədə federal prokuror münsiflər məhkəməsinin üzvləri qarşısında bəyanatında bildirib.

“Bu 1.7 milyon insanın yanlış restoranda yemək yediyi vaxt onların bütün şəxsi informasiyalarının həmin şəxsin kompüterinə toplanması deməkdir,” deyə ABŞ prokurorunun köməkçisi Set Uilkinson Roman Seleznyov haqqında bildirib. O, Vaşinqton və digər ştatlarda restoranların sistemlərini ələ keçirərək kredit kartlarının nömrələrini toplayıb.

“Sübutlar göstərir ki, müttəhim 7 il ərzində dünyada kredit kart nömrələrini ən çox oğurlayan şəxs olub,” deyə Uilkinson bazar ertəsi bəyanatında bildirib.

Seleznyovun vəkili Con Henri Braun çərşənbə axşamına qədər məhkəmənin açılışında bəyanat verib-verməyəcəyinə dair qərarı açıqlayacağını bildirib.

Braun prokurorun 200 biznes şirkətinin illərdir kompüterlərinin ələ keçirilməsini Seleznyovla əlaqələndirə bilməməsi məsələsini qaldırmağı planlaşdırır.

Braun həmçinin, Seleznyovun kompüterini müvafiq order olmadan müsadirə edən federal əməkdaşların məlumatları dəyişdirməsi və təhrif edə bilməsi məsələsini də qaldıracağını qeyd edib.

Hakim kompüterdən əldə olunan məlumatların sübut kimi istifadə edilməsi prosesinin qarşısını almayacağını, lakin vəkilin bütün bunları münsiflər məhkəməsinin üzvlərinə deyə biləcəyini bildirib.

Bundan öncə Braun və Rusiya hökuməti rus hakerin Maldiv adalarında həbs edilməsini adam oğurluğu adlandırıb və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirmişdi.

XS
SM
MD
LG