Accessibility links

Moskvanın Şimali Koreyanın borclarını bağışlaması nə məqsəd güdür?


Təhlilçi rəyləri

Təhlilçilərin dediyinə görə, Moskvanın Şimali Koreyanın borclarının çox hissəsini bağışlaması bu ölkənin Rusiyadan Cənubi Koreyaya çəkiləcək təbii qaz boru xəttinə yol açması məqsədi daşıyır.

Rusiya prezidenti Vladimir Putin ötən ay Şimali Koreyanın 11 milyard dollarlıq borclarının 90 faizinin silindiyini bəyan edib. O həm də Pxenyana təhsil, səhiyyə və enerji proqramlarına verilən vəsaitin də istifadə edilməsinə imkan yaradıb.

Xarici əlaqələr şurasının ABŞ-Koreya siyasətinin direktoru Skot Snayderin dediyinə görə, bu, Rusiyanın çoxdankı gözləntisidir. O deyir ki, bu hələ 2011-ci ildə Rusiya prezidenti Dmitri Medvedevlə Şimali Koreya lideri Kim Conq İl arasında müzakirə edilmişdi.

Snayder Vladimir Putin və Cənubi Koreya prezidenti Park Geun Heyin də məsələni ötən il gündəmə gətirdiyini əlavə edib. “Bu, həm Rusiya, həm də Cənubi Koreyanın marağındadır.”

Beynəlxalq investisoya mütəxəssisi Tom Elliot rusların niyyətini ciddi olduğunu deyir. “Rusiya Çinlə bərabər çoxdankı ideyalarını həyata keçirməyə çalışır. Pekin ilə Moskva ötən ay qaz boru xəttinin Çindən keçməsi barədə razılıq əldə edib.”

Elliott deyir ki, Rusiyanın Krımı ilhaqından sonra Qərblə yaranmış durum Rusiyanı yeni enerji bazalarına açılmağa vadar edir.

Snayder isə hesab edir ki, Şimali Koreya Rusiyanın investisiyasını cəlb etməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG