Accessibility links

Rusiya kosmik yük gəmisinin idarəsini itirib


Yük gəmisi Beynəlxalq Fəza Stansiyasına ərzaq və digər ləvazimat aparırdı

Rusiyanın fəza rəsmiləri Yer kürəsinə doğru irəliləyən pilotsuz kosmik yük gəmisinin idarəsinin itirildiyini bildirib.

Rusiya etiraf edib ki, gəmini Kazaxstandan fəzaya buraxdıqdan sonra onun idarəsi itirilib.

Rəsmilər heç bir səbəb açıqlamayıb.

Yük gəmisi Beynəlxalq Fəza Stansiyasına ərzaq və digər ləvazimat aparırdı. Gəminin ekipajı təhlükə altında deyil və onların iyun ayında növbəti yük gəmisi göndərilənədək yeterincə ərzaqları var.

Bu, son ildə baş verən ikinci uğursuz yük daşınmasıdır. Ötən ilin oktyabr ayında ABŞ-ın Virciniya ştatında raketburaxma təsisində raketin partlaması nəticəsində fəza gəmisi sıradan çıxmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG