Accessibility links

Rusiyanın “Soyuq” kosmik gəmisi üç beynəlxaq ekipaj üzvü ilə Beynəlxalq Fəza Stansiyasına yollanıt. “Soyuq” bazar günü səhər Qazaxıstanın baykonur kosmodromundan havaya qalxıb. Kosmik gəmi amerikalı Sunita Uilyams, rusiyalı Yuri Malençenko və yapon Akihito Hoşideni Beynəlxalq Fəza Stansiyasına çatdıracaq. Uilyams orbitdə modulun ilk qadın komandiri olacaq. Kosmonavtların stansiyaya iyulun 17-i çatacağı gözlənilir.

NASA-ın verdiyi məlumata görə, yeni ekipaj stansiyada hazırda təcrübələr aparan daha üç kosmonavtla birgə işləyəcək. May ayında stansiyaya gətirilən əvvəlki ekipaj üzvləri Yerə sentyabr ayında qayıtmalıdır.

Missiya zamanı kosmonavtlar stansiyanın səthində iş aparmaq üçün açıq kosmosa çıxacaq. Ekipaj geniş elmi fəaliyyət apararaq, indiyədək aparılmayan təcrübələr keçirəcək.
XS
SM
MD
LG