Accessibility links

Ekspertlər:Kremlin tənqidçilərinə təzyiqlər artır


Britaniya təhqiqatının Rusiya prezidenti Vladimir Putinin Kremlin tənqidçisinə çevrilmiş keçmiş rus casusunun Londonda qətlinə razılıq verməsini aşkar etməsi Putinin opponentlərinin onun hakimiyyətə gəlməsindən sonra həbsə salınması, ya da öldürülməsi məsələsinə diqqəti bir daha artırıb.

Rusiya rəsmiləri təhqiqatın Aleksandr Litvinenkonun 2006-cı ildə Londonda mehmanxanada radioaktiv plutonimla zəhərləndirildiyinə çıxardığı nəticəni rədd edərək, bunun siyasi motiv daşıdığını deyib.

Nəticələr hələ elan olumazda Putinin mətbuat katibi Kremlin işə marağı olmadığını bildirib.

Aleksandr Litvinenko
Aleksandr Litvinenko

Təhqiqatın Litvinenkonun xəyanətə görə Rusiya tərəfindən öldürüldüyü haqda nəticə çıxarması London və Moskva arasında münasibətlərdə gərginliyə gətirib çıxarıb.

Siyasətçilər və ekspertlər Putinin Litvinenkonun ölümülə əlaqəsi olub-olmadığını müzakirə etdiyi vaxt, insan haqları qrupları və müstəqil təhlilçilər Kremlin tənqidçilərə qarşı təzyiqləri artırdığı haqda razılığa gəlib.

"Mənim nəzərimcə, Kreml sadəcə qətllərə görə deyil, insanların öz rəqibləri, düşmənləri, biznesdə rəqibləri ilə qatillər əlaqə saxlaya bildiyi qanunsuzluq atmosferi yaratdığına görə məsuliyyət daşyır. Belə bir şərait var. Təbii ki, əgər insanlar belə iş görə biləcəklərini gözləyirsə, və çoxları da bunu edir, Kreml buna görə məsuliyyət daşıyır"-deyə Moskvada təhlilçi və müəllif Mariya Lipman bildirir.

Nemtsovun qətli

Tanınmış müxalifət lideri və Putinin tənqidçisi Boris Nemtsov 2015-ci il fevralın 27-də Kremlin bir neçə metrliyində güllə ilə vurulub öldürülmüşdü. Hadisəsinin baş verdiyi yerdə yüksək təhlükəsizlik tədbirlərinin görülməsi və bir neçə izlmə kamerasının olmasına baxmayaraq, qətlin sübutu ilə bağlı dəlil göstərilmədi. Bir həftədn sonra iki çübhəli çeçen həbs edildi.

Boris Nemtsov
Boris Nemtsov

Çeçenistan Respublikasının lideri və Putinin ən yaxın tərəfdarlarından biri olan Ramzan Kadırov şübhəlilərdən bir-Zaur Dadayevi Rusiyanın vətənpərvəri adlandırmışdı.

Kadırovun şübhəliyə dəstəyini bildirməsindən sonra belə onun haqda təhqiqata heç bir cəhd göstərilməyib. Putin Kadırovu xalqı qarşısında xidmətlətə görə mükafatlandırıb.

Kadırov keçən ay deyib ki, Rusiyanın müxalifətçi siyasətçiləri "xalqın düşmənləri və xəyanətkarlar hesab edilərək, təxribata görə ağır rejimli həbsxanalara yerləşdirilməlidir."

Putinin mətbuat katibi Peskov bu həftə belə görünür Kadırovun şərhlərinə dəstək bildirib. "Əgər diqqət oxusanız, burada sözü gedən qeyri-sistematik müxalifət fəaliyyətləri qanun çərçivəsində olmayan və qanunu pozaraq ölkəyə zərər vuran şəxslərdən ibarətdir"-deyə Peskov Rusiyanın İnterfaks agentliyinə bildirib.

Politkovskayanın qətli

Litvinenkonun Londanda qətlə yetirildiyi il Novaya Qazeta qəzetinin jurnalisti Anna Politkovskaya Moskvada yaşadığı mənzilinin qarşısında güllə ilə vurulub öldürülmüşdü.

Moskvada Anna Politkovskaya yürüşüç 2012-ci il
Moskvada Anna Politkovskaya yürüşüç 2012-ci il

Müstəqil qəzet olan Novaya Qazeta Rusiya rəsmiləri, eləcə də Kremli tənqid edən yazılar nəşr edən bir neçə mətbu orqandan biridir.

Qəzetin beş jurnalisti və onların vəkili gördükləri işə görə çoxu muzdlu qatillər tərəfindən öldürülüb.

Şübhəlilərin həbs edilməsinə baxmayaraq, yalnız bir iş üzrə qətlin sifarişçisi müəyyən edilib.

Qəzetin baş redaktor müaxibi və təhqiqat şöbəsinin rəhbəri Sergey Sokolov keçən il Amerikanın Səsinə deyib ki, "bütün bu qətllərin Putinin hakimiyyətə gəlişindən sonra baş verməsi kimi qəribə təsadüf var." Sokolov bildirib ki, rejimi tənqid edən müstəqil tənqidçilərinə dözümsüzlük əhəmiyyətli dərəcədə artıb" və " heç kəs bu gün öz təhlükəsizliyinə görə arxayın olmamalıdır."

Repressiyaların artması

İctimai tənqidə dözümsüzlük Putinin Ukraynanın Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqində Rusiya tərəfdarı üsyançılara dəstəyindən sonra poıulyarlığının artması ilə bərabər artır.

"İndi Kremlin populyarlığı 80 faizdən çox artan zaman Kreml bu reytinqi saxlamaq üçün narahatdır"-deyə Maşa Lipman bildirib.

"Belə reytinqi necə saxlamaq olar? Qeyri-loyalllığın hər hansı bir işarəsini kökündən kəsməklə. Qorxutmadan, ya da həbsdən istifadə edə bilərsiniz, bəzən insanlar döyülür, ona görə də heç hökumətə qarşı açıq danışmağa və xüsusilə də ictimai aksiyaya təşviq edilməyəcək"-deyə Maşa Lipman sözünə davam edib.

O deyib ki, amma bununla belə, Rusiyada geniş repressiyalardan danışmaq düzgün deyil. Onun sözlərinə görə, söhbət ayrı-ayrı hallarda repressiyadan və qorxutma kampaniyasından gedir

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG