Accessibility links

Lavrov və  Kerri Suriyada vəziyyəti müzakirə edəcək


Rusiya şənbə günü İsveçrədə Lozannada Suriya böhranını ABŞ və region qüdrətləri ilə müzakirə edəcəyini bildirib.

Xarici İşlər nazirliyinin bəyanatında Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Dövlət katibi Con Kerrinin münaqişənin “həlli üçün şəraitin yaradılması” səyləri çərçivəsində görüş keçirmək haqda razılıq əldə etdiyi bildirilir. Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri də müzakirələrdə iştirak edəcək.

Vaşinqton Rusiya ilə Suriyaya dair birbaşa danışıqları bu yaxınlarda Hələb şəhərinin bombardmanının davam etdirilməsinə görə təxirə salıb.

Müşahidəçilər Rusiya hərbi təyyarələrinin Hələbin üsyançıların nəzarətində olduğu şərq hissələrində bombardmanları yenidən davam etdirdiyini və 20 nəfərin bomba hücumları zamanı həlak olduğunu bildirib.

"Ağ dəbilqəlilər" kimi tanınan Suriya Mülki Müdafiə qrupunun üzvləri Hələbdə xilasetmə işləri aparır
"Ağ dəbilqəlilər" kimi tanınan Suriya Mülki Müdafiə qrupunun üzvləri Hələbdə xilasetmə işləri aparır

Britaniyada yerləşən Suriya İnsan Haqlarını Müşahidə qrupu hücumu prezident Bəşər Əl-Əsədin keçən həftə hava hücumlarını dayandıracağını elan etməsindən sonra bu günə qədər Rusiya tərəfindən “ən ağır bomba hücumu” adlandırıb.

Rəsmi Moskva Suriyada mülki əhaliyə hücum edildiyini rədd edərək, əsas hədəfin Əsəd hökumətə dəstək məqsədilə terror qruplarından ibarət olduğunu bildirib.

Rusiya şənbə günü Fransa və İspanyanın Hələbdə hücumların dayandırılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnaməsinin qarşısını alıb.

Vatikanda Roma Papası Frensis Suriyada dərhal atəşkəsə çağırıb.

Moskvanın Suriyada hərbi rolu ilə əlaqədar Qərbin kəskin tənqidləri ilə qarşılaşan Rusiya prezidenti Vladimir Putin Fransaya planlaşdırılmış səfərini təxirə salıb. Buna səbəb Fransa prezidenti Fransua Ollandın müzakirələrin əsas diqqət mərkəzində Suriya böhranının olmasına təkid etməsi olub.

Putin bu addımı Fransa xarici işlər naziri Jan Mark Ayraultun Rusiyanın müharibə cinayətinə görə Beynəlxalq Cinayətlər Məhkəməsinə verilə biləcəyi ilə bağlı xəbərdarlığından sonra atıb.

Beynəlxalq Cinayətlər Məhkəməsinin Hələbdə bombardmanlarla bağlı necə təhqiqat aparacağı aydın deyil, belə ki nə Rusiya, nə də Suriya məhkəmənin üzvü deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG