Accessibility links

Rusiya məhkəməsi Xodorkovskinin həbsinə dair qərar çıxarıb


Rusiya məhkəməsi Yukos neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovskinin həbsinə qərar verib.

Rusiya polisi Londonda yaşayan Xodorkovskini Sibir şəhərinin Nefteyuqansk qəsəbəsinin merinin öldürülməsini sifariş verməkdə ittiham edir.

Xodorkovski ittihamları rədd edir. Çərşənbə günü o, sosial media vasitəsi ilə bildirib ki, bu ittihamlar onun demokratiya uğrunda mübarizəsinə cavabdır.

Biznesmen 2003-cü ildə vergidən yayınmaq və fırıldaqçılıq ittihamları ilə həbs olunmuşdu. Xodorkovski bildirir ki, 10 il həbsə səbəb olmuş həmin ittihamlar onun müxalifət partiyalarına maliyyə dəstəyi verməsinin nəticəsidir.

2013-cü ildə həbsdən çıxdıqdan sonra Xodorkovski Rusiyada siyasi islahatları hədəf alan Açıq Rusiya demokratiya hərəkatını təsis edib. Rusiya polisi təşkilatla əlaqəsi olan Moskva şöbələrinə reydlər keçirib.

XS
SM
MD
LG