Accessibility links

Dövlət Duması üçüncü oxunuşda “Maqnitski qanunu”na cavab layihəsini təsdiq edib


ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol Rusiyanın təsdiq etdiyi qanunu tənqid edərək, bunu uşaqların imtiyazlarına dəxli olamayn bir məsələ aladırıb.

Rusiya parlamentinin aşağı palatası-Dövlət Duması üçüncü oxunuşda “Maqnitski qanunu”na cavab hesab edilən qanun layihəsini təsdiq edib. Rusiyalı uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsini yasaqlayan sənəd 420 lehinə, 7 əleyhinə səslə qəbul edilib.

Qanun layihəsi əsasən ABŞ olmaqla, xaricdən maliyyələşdirilən xarici ticarət şirkətlərinin Rusiyada fəaliyyətini qadağan edir. Bundan əlavə Amerika vətəndalığına malik olan rus vətəndaşları siyasi GHT-lərə rəhbərlik edə bilməyəcək.

Prezidentin imzasından sonra qanun 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.

“Dima Yakovlev” adlanan bu sənəd ABŞ-ın insan hüquqlarını pozan Rusiya vətəndaşlarına qarşı iqtisadi və viza sanksiyalarını nəzərdə tutan “Maqnitski qanunu”ndan sonra təqdiq edilib.Rusiya prezidenti Vladimir Putin amerikalıların rusiyalı uşaqları övladlığa götürməsini qadağan edən qanunu dəstəkləyib.

Bu gün Moskvada keçirilən mətbuat konfransında çıxış edən cənab Putin Dövlət Duması tərəfindən dünən qəbul edilən qanunun insan haqlarını pozduqları ehtimalı ilə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edən ABŞ qanununa emosional cavab olduğunu etiraf edib.

Prezident Dövlət Dumasının qərarının məqsədyönlü olduğunu deyib.

Qanuna 2008-ci ildə amerikalı ailə tərəfindən övladlığa götürülən Dima Yakovlevin adı verilib. Amerikalı ailəsi onu isti hava şəraitində bir neçə saat bağlı yerdə saxladıqdan sonra uşaq keçinib.

Rusiyanın dövlət başçısı ABŞ məhkəmələrini himayələri altında olduğu müddətdə rus uşalqarın ölümü ilə bağlı lazımi hökmlər çıxarmamaqda və Rusiya rəsmilərinin müşahidəçi qismində məhkəmələrdə iştirakına yol verməməkdə günalandırıb.
XS
SM
MD
LG