Accessibility links

Rusiya prezidenti Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsindən çıxmasna dair qərar qəbul edib.

Vladimir Putin bu gün sərəncam imzalamaqla ölkəni genosid, bəşəriyyətə qarşı cinayətkarlıq və müharibə cinayətlərini təqib edən ilk daimi yurisdiksiyadan çıxarıb.

Putinin fərmanı Kremlin veb səhifəsində dərc edilib. Rusiyanın xarici İşlər Nazirliyinin bəyantında bildirilir ki, məhkəmə ümidləri doğrultmamaqla yanaşı, tam müstəqil fəaliyyət göstərmir.

“Rusiyanın Beynəlxalq cinayət məhkəməsindən çıxması milli maraqlarla bağlıdır”.

Bunu noyabrın 16-da “Lenta.ru”ya Kremlin sözçüsü Dmitry Peskov deyib.

Sənəd imzalandığı gündən qüvvəyə minib.

Öz növbəsində Dövlət Duması bəyan edib ki, bu məhkəmə son vaxtlar qərəzli siyasi möve tutmaqla məşğuldur.

Beynəlxalq cinayət məhkəməsinin prokuroru Fatu Bensuda bu günlərdə Krımın Rusiya tərəfindən ilhaqını Ukrayna ilə müharibə və onun ərazisinin işğalı kimi qəbul edib.

Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə BMT-nin rəhbərliyi ilə yaradılıb.

Rusiya ona 2000-ci ildə qoşulub.

XS
SM
MD
LG