Accessibility links

Rusiya Orta Asiya miqrantları üçün hələ də cəlbediciliyini saxlayır


Rusiyada iqtisadi böhran olmasına baxmayaraq, Orta Asiya miqrantları üçün hələ də cəlbediciliyini saxlayır.

Özbəkistandan olan Rasuljon İsakov artıq 12 ildir ki, Moskvada işləyir. Qazandığı pulla oğlunu evləndirib, qızını ərə verib, kiçik oğluna ali təhsil verib və digər qızının təhsil haqqını ödəyib. Onun sözlərinə görə, hətta Rusiyanın indiki iqtisadi vəziyyətində belə nəsə qazanmaq və evə göndərmək mümkündür.

“Bəlkə kimsə Özbəkistanda iş tapa bilər, amma şəxsən mənim üçün Moskvada qazandığım kimi orda qazanmağım mümkün deyil. Razıyam, yaşamaq çətindir, amma bu mənə əl verir”, - o deyir.

​"KƏMƏRİ MÖHKƏM ÇƏKİRLƏR"

Gündəlik pul göndərmələr də azalıb.

Ekspertlər deyirlər ki, Rusiyada miqrantların gəlirləri kəskin şəkildə azalıb. Bunun səbəbləri də ölkədəki iqtisad böhran və rublun dəyərdən düşməsidir.

Buna görə də MDB-dən olan miqrantların vətənlərinə göndərdikləri gündəlik vəsait 60 faiz azalıb.

Rusiyada qalan miqrantlar deyir ki, “kəməri çəkməyə” məcbur olublar və təkcə onlar yox, vətəndə qalan doğmaları və yaxınları da qənaət rejiminə keçiblər.

Tacikistan, Özbəkistan və Qırğızıstan vətəndaşları da Rusiyada artan vergi yükündən və miqrasiya qanunvericiliyinin sərtliyindən şikayətçidirlər. Amma bununla belə “yaxşı vaxtları” gözləməkdə davam edirlər, çünki başqa imkanları yoxdur.

XS
SM
MD
LG